Keçid linkləri

Təcili xəbərlər

Gündə bir ovuc qoz-fındıq sağlam saxlayır


Nuts
Nuts

İngilis alimləri bildirirlər ki, gündə bir ovuc (təxminən 20 qram) qoz-fındıq yemək insanların həkimlərə daha az-az müraciət etməsinə yol açır. Məsələn, Imperial kollecinin İctimai Səhiyyə Məktəbindən tədqiqat qrupunun rəhbəri Dagfinn Aune qeyd edir ki, qoz və pekanın tərkibində xərçəngdən qorunmağa kömək edən antioksidantlar var.

Londonun Imperial kollecinin və Norveç Təbiət və Texniki Elmlər Universitetinin alimləri həyata keçirdikləri metatəhlil zamanı bu mövzuda yazılmış 29 elmi əsəri nəzərdən keçiriblər. Gəldikləri nəticəni isə "BMC Medicine" jurnalında dərc ediblər.

Qeyd edilir ki, qoz-fındığı müntəzəm olaraq öz qida rasionuna daxil edən insanlar onkoloji xəstəliklərə 15 faiz daha az məruz qalırlar. Belə insanlar ürək-damar xəstəliklərindən 30 faiz, şəkərli diabetdənsə 40 faiz daha az şikayət edirlər.

Qeyd edilir ki, qoz-fındığı müntəzəm olaraq öz qida rasionuna daxil edən insanlar onkoloji xəstəliklərə 15 faiz daha az məruz qalırlar. Belə insanlar ürək-damar xəstəliklərindən 30 faiz, şəkərli diabetdənsə 40 faiz daha az şikayət edirlər. Qoz-fındıq yeyən insanlarda erkən ölüm hallarına da 22 faiz daha az rast gəlinir. Məlum olub ki, gündə bir ovuc qoz-fındıq yeyən adamların respirator xəstəliklərdən ölmək ehtimalı 50 faiz daha aşağıdır.

Tədqiqatçıların müraciət etdiyi 29 araşdırma bütün dünyadan 819 minə qədər adamı əhatə edir.

Onların 12 mindən çoxu ürəyin koronar xəstəliyindən, 18 mini ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkib, 9 mindən çoxu isə insult keçirib. Bundan başqa, tədqiqata 85 min ölüm halı daxil edilib.

Alimlər tədqiqat iştirakçılarının arasındakı fərqləri nəzərə alıblar. Kişilərlə qadınlar, müxtəlif regionlarda yaşayan insanlar arasındakı fərlqlərə rəğmən müəyyən edilib ki, qoz-fındıqdan istifadə etmək onların əksəriyyətinin səhhətinə müsbət təsir edir.

Buna da bax: Şokoladda şəkəri 40% azaldırlar

Aparılan təcrübələrdə iştirak etmiş bütün könüllülər gündə bir ovuc qoz-fındıq yeməyə başlayandan sonra səhhətlərinin yaxşılaşdığını bildiriblər.

Britaniyanın Lonfon Imperial kollecindən Dagfinn Aune bildirib ki, qərzəkli meyvələrin tərkibində bol miqdarda lif, maqnezium, habelə doymamış yağ turşuları mövcuddur. Bu maddələr qanda xolesterini azaldaraq qanın faydalı birləşmələrlə zənginləşməsinə yol açır.

Tədqiqatçılar qeyd edirlər ki, yerfındığı insultdan, fındıq isə xərçəng xəstəliyindən qoruyur.

Alimlər tədqiqat zamanı hər cür qərxəkli meyvələrdən, o cümlədən araxisdən istifadə ediblər. Qeyd edək ki, araxis qərxəkli meyvə yox, paxlalı bitki hesab olunur. Tədqiqatçılar qeyd edirlər ki, yerfındığı insultdan, fındıq isə xərçəng xəstəliyindən qoruyur.

Alimlərin sözlərinə görə, çıxarılan nəticələr onu göstərir ki, bütün bəşəriyyət qoz-fındığı öz gündəlik qida rasionuna daxil etməlidir.

Doktor Dagfinn Aune deyir ki, qəbul olunan qidanın bu qədər az miqdarda olduğunu nəzərə alsaq, aşkar olunmuş müsbət təsir çox ciddi hesab oluna bilər.

"Bəzi qərzəkli meyvələr, xüsusən də qoz və pekanın tərkibində çoxlu antioksidant var. Bu isə oksidativ stresdən qoruyur və güman ki, xərçəng riskini aşağı salır. Qərzəkli meyvələrin yağ tərkibi yüksək olsa da, onlar lif və zülalla zəngindir. Qoz-fındığın əslində zaman keçdikcə piylənmə riskini azaltdığına dair dəlillər də mövcuddur", - alim deyir.

Tədqiqat komandası indi də digər qida qruplarının, məsələn, meyvə-tərəvəzin qida rasionuna daxil edilməsinin bir sıra xəstəliklərə təsirini təhlil etməklə məşğuldur.

XS
SM
MD
LG