Keçid linkləri

Hakerlər bank kartlarının nömrələrini, son istifadə tarixlərini, təhlükəsizlik kodlarını cəmi 6 saniyədə ələ keçirə bilərlər.

Nyukasl Universitetinin ekspertləri bunun kompüter və internet bağlantısıyla olduqca asan olduğunu deyirlər. Tədqiqatın nəticələri “IEEE Security & Privacy” jurnalında dərc olunub.

Fırıldaqçılar təhlükəsizlik özəlliklərini əldə etmək üçün Dağınıq Ehtimal Hücumları (Distributed Guessing Attack) adlanan alqoritmdən istifadə edirlər.

Kibercinayətkarlar bir neçə saniyə içərisində düzgün kart nömrəsini, son istifadə tarixini və kartın arxasındakı üçrəqəmli təhlükəsizlik kodunu tapa bilirlər.

Araşdırma həmçinin üzə çıxarıb ki, ödəmə sistemləri veb saytlarda ödəmə kartlarının bilgilərini ələ keçirmək üçün cəhdlər edən kibercinayətkarları aşkar edə bilmir.

Təqdqiqatçılar bildirirlər ki, fırıldaqçılar kompüterdən istifadə etməklə yüzlərlə veb saytda eyni anda fərqli təhlükəsizlik məlumatlarını ələ keçirə bilərlər. Kibercinayətkarlar bir neçə saniyə içərisində düzgün kart nömrəsini, son istifadə tarixini və kartın arxasındakı üçrəqəmli təhlükəsizlik kodunu tapa bilirlər.

Nyukasl Universitetinin doktorantı Məhəmməd Əli mövcud onlayn ödəmə təhlükəsizlik sistemləri kart bilgilərinin bir neçə dəfə səhv daxil edilməsini aşkarlaya bilmədiyini deyir: “Fərqli veb saytlardan gələn birdən çox keçərsiz ödəmə istəyini cari ödəmə sistemləri aşkar edə bilmir. Bu da imkan verir ki, hər kart bilgisi yazılmalı bölmədə sonsuz sayda təxmin edilsin”.

Buna da bax: Avropada ictimai WiFi pulsuz olacaq

“Visa” şirkəti araşdırmaya cavabında tədqiqatçıların ödəmə sistemlərində fırıldaqçılığın qarşısının alınması üçün çox saylı üsulları nəzərə almadıqlarını bildirir: “Viza frıldaqçılığı aşağı səviyyədə saxlamaq, kart sahiblərinin bilgilərini qorumaq, qeyri-qanuni yollarla ələ keçirilməsinin qarşısını almaq üçün kart hazırlayanlarla sıx əməkdaşlıq edir”.

Şirkət vurğulayır ki, kart nömrələri qanunsuz üsullarla ələ keçirilib fırıldaqçılıqda işlədilirsə, kart sahibi məsuliyyətdən azaddır.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG