Keçid linkləri

Arxeololoqların fikrincə, məhz bu məqbərə IV əsrdə Roma imperatoru Konstontinin dövründə aşkar edilib.

Bu ilin Oktyabr ayında, Qüdsdə, alimlər İsa peyğəmbərin məzarının üzərindəki mərmər qapağı qaldırmışdılar.

İncildə deyilir ki, İsa çarmıxa çəkildikdən sonra Arimafeyli İosif Roma hakimi Pontiy Pilatdan onun casadini verməyi xahiş edir. “Qayada oyulmuş yeni məzarına qoydular” deyə İncilin 27-ci fəslində İsa peyğəmbərin dəfni təsvir olunur.

Buna da bax: iPhone istifadəçilərinin diqqətinə!

Salnamələrə görə, diriləcəyi günə qədər İsanın üç gün ərzində dinlənildiyi bu məzarı bir müddət sonra Roma imperatoru I Konstantinin anası Müqəddəs Yelena axtarıb tapır. Artıq əsrlərdir ki, Qüdsdə həmin məkanda Müqəddəs Məzar Kilsəsi dayanır.

İçəridə alimlər əhəngdən bir çıxıntı tapıblar. Salnamələrdə deyilənə görə, İsanın bədəni məhz oraya yerləşdirilibmiş. Bundan başqa, arxeoloqlar indiyədək məlum olmayan daha bir lövhəni aşkar ediblər. Onların fikrincə bu lövhə 12-ci əsrdə səlibçilər tərəfindən oyulub.

Bu tapıntıların əsasında alimlər məqbərənin həqiqətən da İncildə adı şəkilən məkan olduğunu sübut edə biliblər.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG