Keçid linkləri

Heç tünlük otaqda birini görüb, kim olduğunu xatırlamağa çalışdınızmı? Artıq kimin kim olduğunu aydınlaşdıra biləcəyiniz bir proqram var.

“Blippar” artırılmış reallıq (AR) startapı öz mobil proqramına üz tanıma texnologiyası artırıb. Bu yenilik istifadəçilərə imkan verir ki, özlərinin “AR üz profilləri”ni yaratsınlar.

“Blippar” indiyədək dünyadakı müxtəlif obyektlər haqqında istifadəçilərə bilgi verir. Bunun üçün smartfonun ekranını həmin əşyaya, obyektə tuşlamaq lazımdır. Məsələn, xidmət istifadəçiyə məşhur bir rəsm əsəri haqqında məlumat verə və ya hər hansı məhsulun reklamını göstərə bilir.

Buna da bax: Isa peyğəmbərin məqbərəsinin həqiqi olduğu təsdiq edilib

İndi isə proqram insanları da tanıyacaq – real həyatda, foto və ya videoda. Proqramda artıq 70000-ə qədər ictimai, məşhur şəxs tanınır. Məsələn, smartfonun ekranını bu şəxslərdən hansısa birinin jurnalda yayımlanan fotosuna tutub, onun haqqında ətraflı bilgi almaq olar.

Tezliklə, adi istifadəçilər də proqramda özlərinin üz profillərini yarada biləcəklər.

Bəs nadinc bir dost sənin şəklini çəkib ümumi bazada yerləşdirsə, necə olacaq?

Xidmətin qurucusu Ömər Tayib (Omar Tayeb) bildirir ki, profil yaratmaq üçün istifadəçi öz üzünün hərəkətli şəklini çəkməlidir, sistem bunu başqasının etdiyini bilmək üçün kifayət qədər ağıllıdır.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG