Keçid linkləri

Təcili xəbərlər

Rus Robinzon və memuar yazmaq istəməyən müxalifət lideri


İki gün əvvəl, rus saytlarının birindən məqalə oxudum. Krasnoyarsk vilayətində, 16 ildir insanların tərk etdiyi bir kənddə yaşı 70-i ötmüş qoca yaşayır. Kənd, Sovetin babat vaxtlarında milyonçu kolxozlardan imiş. Sovetlər dağılandan sonra insanlar yeni quruluşda necə işləməli olduqlarını anlamayıb, müflis olublar. Zamanla yavaş-yavaş böyük qəsəbələrə, şəhərlərə köçüblər. Qalıb bircə qoca Maksimıç (Mixail Maksimoviç).

Qoca heç yana getmək fikrinə düşməyib. Oturub evində, başını it və pişiyi ilə qatır. Lap “Prostokvaşino” cizgi filmindəki Dyadya Fyodor kimi.

Qoca heç yana getmək fikrinə düşməyib. Oturub evində, başını it və pişiyi ilə qatır. Lap “Prostokvaşino” cizgi filmindəki Dyadya Fyodor kimi. Bircə fərq budur ki, Maksimıçın pişiyi və iti də özü kimi qocadır. Ayda bir dəfə 20 kilometr aralıdakı qəsəbədən poçtalyon Maksımıça təqaüdünü, lazım olan ərzaqları, qəzet-kitab gətirir. Bir az qoca ilə söhbət edib, qayıdır qəsəbəyə.

Qarlı qış gecələrində, Maksimıç iti və pişiyi ilə axşam yeməyi yeyəndən sonra televizora baxır, siyasətlə maraqlanır, xeyli kitab oxuyur. Müxbirə deyir ki, bilirəm, amerikalılar da Donald Trampı prezident seçdi. Müxbirin “darıxmırsınız” sualına rahatca deyir, niyə darıxım, təsərrüfatım var, itim-pişiyim var, ev işləri var, qəzet var, kitab var...

Təbii ki, dünya ilə maraqlanan bir adam kimi, bilirəm, rusların böyük əksəriyyəti xeyli məsələlərdə son illər olmazın deqradasiyaya uğrayıblar. Ölkədə dini fanatizm, pafoslu vətənpərvərlik, kriminal, kütləvi psixoz baş alıb gedir. Mədəni, müasir, bəşəri dəyərlərə sahib insanlar, sənət adamları, yazıçılar ya öldü, ya mövqeyi sarsıldı, ya hücrəsinə çəkilib, ya ölkəni tərk etməyə məcbur olub, ya da Viktor Şenderoviç kimi döyülür, təhqir olunur, ələ salınır...

Amma hər nədirsə, bu zəhrimar kitab oxuma vərdişi var axı. Kitaba, mətnə, sözə bir alışmaq var, bir doğmalıq var, bir nəsə bağlılıq var.

Bütün bunların fonunda, görürsən ki, uzaq kəndlərdə, çirkin, yoxsulluğun, səfalətin, bədbəxtliyin ortasında kitab peyda oldu, qəzet peyda oldu. Deyək ki, lap oxuduqları sərsəm-sərsəm şeylərdir. Amma hər nədirsə, bu zəhrimar kitab oxuma vərdişi var axı. Kitaba, mətnə, sözə bir alışmaq var, bir doğmalıq var, bir nəsə bağlılıq var.

Sonra özümüzə baxırsan. Son on ildə neft milyonlarından xalqa qalana baxırsan.yeni telefon, yeni komputer, yeni planşet, yeni şuba krediti ödəyənə, şikayət edənə baxırsan. Baxırsan ki, son on ildə insanlar o neft milyonlarından 5 manatını kitaba verməyiblər. Bir qəzetə, bir jurnala abunə olmayıblar.

Sonra deyirsən, yaxşı bu sıradan insanlardı, tale elə gətirib ki, ailədə olmayıb, qohumlarda görməyib, rastına oxuyan, kitab sevgisi öyrədən olmayıb. Bəs savadlı insanlar, bəs ziyalılar, bəs siyasətçilər, sənət adamları, bəs xalqın guya qaymağı, üzünü ağ edən təbəqə...

Bir müxalifət lideri var. Maraqlı söhbətlər edir, xatirələr danışır. Dost-tanış, yaxınlar, gənclər – nə qədər adam ona deyib ki, memuarlarınızı yazın, oxuyaq, gələcək nəsillər də oxusun. Yazmır.

Bir müxalifət lideri var. Maraqlı söhbətlər edir, xatirələr danışır. Dost-tanış, yaxınlar, gənclər – nə qədər adam ona deyib ki, memuarlarınızı yazın, oxuyaq, gələcək nəsillər də oxusun. Yazmır. Bunu yüngüllük, qeyri-ciddilik kimi qəbul edir. Halbuki, bəlkə zəlzələdən ya vəlvələdən siyasətçi kimi gətirməyən bəxti yazıçı kimi gətirə bilər. Bəlkə tarixdə siyasətçi kimi yox, yazıçı kimi qalardı.

Amma yox. İnanmır. Mətnin, kitabın qüdrətinə inanmır. Öz missiyasını mütləq hakiiyyətdə təmsil olunmaqda görür. Baxırsan ki, adamın içindəki bu siyasətçi ehtirasının yarısı kitab yazmağa, mətnə qarşı olsaydı, biz cəmiyyət olaraq nə qədər şey qazanardıq.

Gənc siyasətçilər üçün ənənə yaranardı. Kitaba meylləri olardı. Mətnin gücünə inanardılar. Amma bizim hakiiyyətli-müxalifətli bütün siyasətçilər kitab, mətn yazmaq ənənəsi yaratmaq barədə düşünmədilər.

Seymur Baycan demişkən, normal ölkələrə baxırsan. Prezident kitab yazır. Arvadı yazır. Qaynanası yazır. Quluqçusu yazır. Məşuqəsi yazır. Qonşu yazır. Kim iddia edir ki, bunlar hamısı ciddi ədədbiyyatdır. Amma ən azından bir mənbədir.

Eyni zamanda yazan adamın kitaba və mətnə inanmağının göstəricisidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG