Keçid linkləri

Təcili xəbərlər

Gündə bir siqaret belə ölüm riskini 69% artırır


cigarette
cigarette

Alimlər bildirirlər ki, istənilən miqdarda tütündən istifadə vaxtsız ölüm riskini artırır.

"Bizim araşdırmamız göstərir ki, tütünün hətta kiçik dozaları sağlamlığa ciddi ziyan vurur. Bu isə bütün siqaret çəkənlərin bu ziyanlı vərdişdən imtina etməsinin zəruri olduğunu göstərir", - Betesdadakı (Merilend ştatı) Milli Xərçəng Xəstəliyini Araşdırma İnstitutundan Maki Inoue-Choi deyir.

Məlum olub ki, hətta bircə siqaret çəkmək belə ölüm riskini 69%, ağ ciyər xərçəngi riskini isə 9 dəfə artırır. 10 yaşına qədər siqaret çəkmiş adamlar daha böyük risklə üzləşiblər. Onların ölüm riski 87%-ə çatıb, xərçəngə tutulmaq riski isə 12 dəfə artıb.

Bir vaxtlar çox adam "məhdud miqdarda" siqaret çəkməyin sağlamlıq üçün ziyanlı yox, xeyirli olduğunu düşünürdü. Bu ona gətirib çıxardı ki, XIX əsrin sonlarına doğru Avropa və Amerika əhalisinin yarısı, o cümlədən qadınlar siqaret çəkirdi. Alimlər yalnız XX əsrin ortalarında ictimaiyyəti siqaret çəkməyin orqanizm üçün ölümcül təhlükə olduğuna inandıra biliblər.

Tədqiqatda ABŞ-ın qərb və şərq sahilboyu ştatlarında yaşayan, 60-70 yaşlarında olan 290 min amerikalı iştirak edib. Onlar vaxtaşırı alimlərin telefon zənglərini cavablandıraraq öz səhhətləri və pis vərdişləri haqda danışmağa razılıq veriblər. Bundan başqa, həkimlər təcrübə iştirakçılarından xahiş ediblər ki, öz həyatlarını doqquz bir neçə illik hissəyə bölərək bu dövrlər ərzində nə qədər siqaret çəkdiklərindən danışsınlar.

Buna da bax: Gündə bir ovuc qoz-fındıq sağlam saxlayır

Məlum olub ki, onların arasında bir neçə yüz adam daim az miqdarda siqaret çəkib. Müəlliflər bunu "yüngül siqaret çəkmə" adlandırırlar. Onların sağlamlıq durumunun "ağır" siqaret çəkənlərin və heç siqaret çəkməyənlərin durumu ilə müqayisəsi göstərib ki, az siqaret çəkmək insanı bu pis vərdişin dəhşətli nəticələrindən xilas etmir.

Məlum olub ki, hətta bircə siqaret çəkmək belə ölüm riskini 69%, ağ ciyər xərçəngi riskini isə 9 dəfə artırır. 10 yaşına qədər siqaret çəkmiş adamlar daha böyük risklə üzləşiblər. Onların ölüm riski 87%-ə çatıb, xərçəngə tutulmaq riski isə 12 dəfə artıb.

XS
SM
MD
LG