Keçid linkləri

Təcili xəbərlər

Alzheimer xəstəliyini erkən əlaməti


Alimlər Alzheimer xəstəliyinin mümkün başlanğıcını göstərən daha bir erkən əlaməti aşkar ediblər.

Sən demə, insanın sümükləri beynin vəziyyəti barədə daha çox şey deyə bilər.

Aparılmış tədqiqat göstərir ki, sümük toxumasının mineral sıxlığının azalması baş beyin kökündə degenerasiya prosesləri ilə bağlıdır.

Alzheimer xəstəliyindən əziyyət çəkən insanlarda çox zaman sümük toxumasının mineral sıxlığının azalması və osteoporoza rast gəlinir. Çox hallarda sümük problemləri dementiya simptomlarının aşkarlanmasından öncə ortaya çıxır. Bu problemlər nəticəsində sümüklərin qırılması riski artır, həyat keyfiyyəti azalır, ölüm riski isə artır.

Buna da bax: Gündə bir siqaret belə ölüm riskini 69% artırır

Elmi işin müəlliflərinin fikrincə, sümük toxumasının sıxlığının adi yoxlanılmasından yaşlı insanlarda Alzheimer xəstəliyinin inkişafı riskinin biomarkeri kimi istifadə edilə bilər.

Alimlər həmçinin qeyd edirlər ki, onların bu kəşfi seratonin sisteminə Alzheimer xəstəliyinin müalicəsi zamanı potensial yeni "hədəf" kimi baxmağa imkan edir.

ABŞ-ın Şimal-Şərqi Ohayo Tibb Universitetinin (NEOMED) alimlərinin apardığı bu tədqiqatın nəticələri "Journal of Alzheimer's Disease" jurnalında dərc edilib.

Bundan əvvəl alimlər iybilmə hissinin pisləşməsinin Alzheimer xəstəliyinin ilk simptomu olduğunu bildirmişdilər.

Beyin kökü insanın əhval-ruhiyyəsini, yuxu və maddələr mübadiləsini tənzimləyir. Seratoninin çox hissəsi məhz beyin kökündə formalaşır. Seratonin bizim əhvalımıza və yuxumuza nəzarət edən neyromediatordur. Bu proseslərin hər ikisi Alzhemer xəstəliyi zamanı pozulur.

Sağalmaz və hələlik qarşısıalınmaz sayılan bu xəstəliyə kimlərin yoluxacağını əvvəldən demək çox çətindir. Alzheimer hallarının 5 faizdən azının sırf genetik səbəblərdən ortaya çıxdığı məlumdur.

XS
SM
MD
LG