ABŞ-ın Milli Səhiyyə İnstitutunun verdiyi məlumata görə, odontoma - çənədə olan xoşxassəli şiş insanlarda tez-tez rast gəlinir. Odontoma diş toxumalarının inkişafı və formalaşması zamanı ortaya çıxan qüsurlardan qaynaqlanır. Ancaq, odontomaya digər məməlilərdə rast gəlinməyib. 255 milyon il əvvəl yaşamış məməlilərdə isə bu günə qədər bu növ şişdən heç söhbət belə gedə bilməzdi.
Vaşinqton Universitetindən (Washington State University) olan paleontoloqlar qorqonops adlı qədim məməlinin qalıqlarını araşdırarkən heyvanın çənəsində şiş aşkar ediblər. Bu heyvan növü Perm dövründə, hələ dinozavrlardan da əvvəl yaşayıb. Qorqonops öz dövrünün ən iri heyvanblarından biri olub. Pələngin köpək dişlərinə bənzər uzun dişləri olan qorqonopsun daşlaşmış qalıqları Afrika və Rusiyada tapılıb. Odontomanın aşkar olunduğu parça isə 2007-ci ildə Cənubi Tanzaniyanın Ruhuhu vadisində tapılıb.
Buna da bax: 10 il sonra həyat necə olacaq?
«Bu vaxta qədər biz hesab edirdik ki, ən qədim odontoma bir milyon il əvvəl yaşamış məməlidə tapılmış şişdir. Yeni araşdırma nəticəsində isə aşkar edilib ki, bu şiş növü daha əvvəl də mövcud olub. İndi məlum olub ki, odontoma yalnız müasir növlərə aid deyil», - tədqiqatçılar bildirirlər.
Tədqiqatın nəticələri «Journal of the American Medical Association Oncology» jurnalında dərc olunub.