Keçid linkləri

Amerika və Britaniya alimlərindən ibarət iki qrup Yer kürəsinin ən böyük adası – Qrenlandiya haqqında yeni məlumatlar ədə ediblər. Bu haqda Nature dərgisində iki elmi məqalə dərc edilib.

Birinci məqalədə alimlər Qrenlandiya buz örtüyü altında kosmik şüalar altında yaranan izotop kimyəvi elementlərini aşkar etdiklərini yazırlar. Mütəxəssislərin əldə etdiyi məlumatlara görə, bu ən azı bir dəfə, pleystosen dövründə, adanın tamamilə buzdan azad olduğu bir vaxtda baş verib.

Alimlər Qrenlandiyanın bir neçə bu cür, buzdan azad olduğu dövr yaşadığını da istisna etmirlər. Alimlərə görə bu dövrlərin arasında intervalları 280 min ilə yaxın olub.

Buna da bax: Antraktida buzlarından nəhəng aysberq ayrılır

Ehtimal olunur ki, əgər belə bir hal yenidən baş verərsə, və adanın buzlaqları əriyərsə, dünya okeanında suyun səviyyəsi 7 metrə qədər qalxar.

İkinci məqalə isə birinci qrupun tədqiqatlarına zidd olaraq onu göstərir ki, Qrenlandiya heç vaxt tamamilə buzdan azad olmayıb. Adanın yalnız müəyyən bir hissəsi buzsuz ola bilərdi.

Buna baxmayaraq, hər iki qrupun əldə etdikləri göstəricilər Şərqi Qrenlandiyada ötən dövrlərdə hazırdakından daha az buzun olduğunu deməyə imkan verir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG