Keçid linkləri

ABŞ Nəqliyyat Nazirliyi məlumat yayıb ki, avtomobil istehsalçıları Yaponiyanın Takata şirkətinin avtomobillərdə quraşdırılan qüsurlu təhlükəsizlik yastıqlarını yenilərinə dəyişdirmə prosesini sürətləndirməlidir.

Bİr neçə avtomobil istehsalçı şirkəti isə bu prosesi tezləşdirməyin o qədər də asan olmadığını deyərək, bunun 2019-cu ilə qədər davam edəcəyini bildirib.

CNBC TV kanalının verdiyi məlumata görə, yastıqların dəyişdirilmə prosesi zamanı rekord sayda avtomobil geri çağırılacaq. Onların sayı 46 milyondan artıqdır. Ümumilikdə 64-69 milyon arası təhlükəsizlik yastıqları yeniləri ilə əvəz ediləcək. Rəsmi bəyanata görə, indiyə qədər qüsurlu yastıqlardan zərər çəkənlərin sayı 180 nəfərə çatıb. Tək bu ilin Oktyabr ayında ən azı 11 nəfər bu problemdən avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Yüksək risk altında olan avtomobil modelləri – Honda Civics və Accords (2001-2002-ci il buraxılışı), Acura TLs (2002-2003-cü il buraxılışı), Honda Odyssey və CR-V (2002-ci il), Acura CL və Honda Pilot (2003-cü il) hesab edilir. Bu siyahı hələ də yenilənir və bütün dünya üzrə satılmış avtomobilləri əhatə edir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG