Fransız tədqiqatçılarının yeni araşdırması üzə çıxarıb ki, marixuana çəkmək görmə qüsuruna səbəb ola bilər. Bu narkotik maddə retinada yerləşən və görmə sinirlərini təşkil edən qanqlion hüceyrələrin funksiyasını dəyişir.
Araşdırma zamanı tədqiqatçılar 28 nəfər davamlı marixuana çəkən və 24 nəfər narkotikdən uzaq insanı nəzərdən keçiriblər.
Tədqiqatın nəticəsində marixuana istifadəçilərində optik siqnalların işlənib ötürülməsində kiçik, ancaq önəmli bir gecikmə olduğu üzə çıxıb.
Buna da bax: İşə velosipedlə getmək məsləhət deyil
Mütəxəssislər qeyd edirlər ki, görmə sisteminə hər hansı zərərli təsir, insana maşın sürməyində, işində, digər fəaliyyətlərində problem yaradır.
Araşdırmaçılar vurğulayırlar ki, bu tədqiqat narkotik maddələrdən istifadənin mərkəzi sinir sisteminə neyrotoksik təsirlərini daha geniş öyrənməyə yol açır.
Bundan öncə bir qrup alimin araşdırması marixuana çəkməyin idrak proseslərini pozduğunu, intellekti zəiflətdiyini ortaya çıxarmışdı.