Keçid linkləri

Təcili xəbərlər

Xarici qara qüvvələrin işi…


Bir food-blogger var, yəhudidir. Onu xüsusi maraqla izləyirəm. Çox qəribə, qeyri-adi şeylər edir. Məsələn onun təqdim elədiyi soyuq qəlyanaltıların hamısını 50 sentə hazırlamaq olar. Bir dənə çuğunduru nazik-nazik doğrayır, üstünə ədviyat qatılmış yag tökür, limon sıxır, guya olur salat. Şorbaların inqridientləri bir dolları keçməz. Guya normal hesab olunan yeməklər bişirir, bir dollar iyirmi yedi sentə-filana başa gəlir.

Yemək bloqlarının, social şəbəkədəki postların altında yəhudi qardaş-bacıları da ona elə ciddi-ciddi suallar verirlər ki, elə bil, qız Kant fəlsəfəsindən, Dostoyevski romanlarında yazarın uşaqlıq travmalarının inikasından zaddan yazır.

Bu xanım İsraildə əməlli-başlı populyardır, televizialar onu dəvət edir, mətbuata müsahibələr verir. Yemək bloqlarının, social şəbəkədəki postların altında yəhudi qardaş-bacıları da ona elə ciddi-ciddi suallar verirlər ki, elə bil, qız Kant fəlsəfəsindən, Dostoyevski romanlarında yazarın uşaqlıq travmalarının inikasından zaddan yazır. Elə bəh-bəhlə kommentlər zad yazırlar, guya bu bloqerə qədər çuğundur bişirə bilmirdilər, bu qız yazdı, xəbər tutdular.

Əslində bir insana məhz sənin millətindən olduğuna görə dəyər verib, alqışlamaq, işini şişirtmək heç də yaxşı iş deyil. Amma bir il o xanımı, oxucularının ona yazdıqlarını izlədikdən sonra (xanım rusdillidir və izləyiciləri ilə bu dildə danışır) anladım ki, xalq dəstəyi başqa şeydir. Dünyada sözün həqiqi mənasında özlərindən olana, bir az irəli gedənə, bir az uğur qazanana qarşı həssas davranan, dəstək verən, mataha mindirən toplumlar var. Bu mənada Cənubi Qafqazda gürcülərdə və ermənilərdə cəmiyyət, toplum olaraq özlərininkinə qarşı dəstəyin dəfələrlə şahidi olmuşam.

Bizim yaradıcı adamların, ziyalıların isə tarixən bəxti gətirməyib. Müstəqil düşünən, yenilikçi, maariflənmə davası edənlərin biografiyasına baxırsan. Təzyiqlər, təhqirlər, qətlə yetirmələr, olmazın paxıllıq, ələ salmaq.

Bizim yaradıcı adamların, ziyalıların isə tarixən bəxti gətirməyib. Müstəqil düşünən, yenilikçi, maariflənmə davası edənlərin biografiyasına baxırsan. Təzyiqlər, təhqirlər, qətlə yetirmələr, olmazın paxıllıq, ələ salmaq. Götürək elə günümüzü. Bir də görürsən, aramızdan bir yetim qız çıxdı, ya oxudu, ya bir az qabağa gedəndə başlayırlar ki, adamı var, filankəslə yatır, nə bilim yüngül əxlaqlıdır. Xüsusilə qadındırsa, heç həzm etmirlər, qadınlı-kişili düşünürlər ki, o bu uğuru, bu nailiyyəti məhz cinsiyyət orqanına görə əldə edib. Sadə xalq fahişə çıxardır, solçular söyür, liberallar lağ edir, intellektualar skeptik yanaşır, ana-bacı ərə vermək istəyir, qardaş qeyrətini çəkir, altıdan sonra evdən çıxmağa qoymur…

Banklarda, mobil operatorların ofisində, menecmentdə, tərcümə sahəsində işləyən nə qədər qızlar tanıyıram. Qaçqın yataqxanalarında, Bakının, Sumqayıtın ətraflarında rütubətli, təmirsiz, yarıuçuq otaqlarda böyüyüblər. Amma oxuyublar, universitetə giriblər, dil, ixtisas öyrəniblər. Normal işə düzəliblər. Çoxu bunları ərə vermək, başlarından eləmək istəyən ata-ana, bütün günü yolunu güdən, evə bir az gec gələndə şillə-qapaz qoyan qardaşlarla dalaşa-dalaşa ediblər. İndi də valideynlərini, qardaşlarını, bacılarını saxlamalıdırlar.

Necə olur ki, Oskara namizəd göstərilən bir aktrisanın azərbaycan mənşəli olması insanlarımıza qürur verir, amma o aktrisadakı potensialın onqatına sahib olan, öz içimizdəki qadınlar bir az qabağa gedən kimi, təhqirlərə məruz qalır, uğurları beyninin, zəhmətinin deyil, cinsiyyətinin adına yazılır.

Halbuki bu qızlar doğmalarından, qohumlarından, iş yoldaşlarından, içində yaşadığı toplumdan həm maddi, həm mənəvi dəstək görsəydi, necə gözəl olardı. Daha nələr edə bilərdilər. Xaricə gedər, daha böyük şirkətlərdə işləyər, elm öyrənərdilər. Pismi olacaqdı. Necə olur ki, Oskara namizəd göstərilən bir aktrisanın azərbaycan mənşəli olması insanlarımıza qürur verir, amma o aktrisadakı potensialın onqatına sahib olan, öz içimizdəki qadınlar bir az qabağa gedən kimi, təhqirlərə məruz qalır, uğurları beyninin, zəhmətinin deyil, cinsiyyətinin adına yazılır. Niyə başqalarına, bizləri vecinə almayan, maraqlanmayan, bizə heç bir aidiyyatı olmayanlara heyran qaldığımız, ağzımızın suyunu axıtdığımız halda, öz içimizdən çıxanlara, bir az uğur qazananlara qarşı bu qədər amansızıq, qəddarıq.

Baxırsan istər dövlət özü olsun, istər məmurlar olsun, istər adi insanlarımız olsun, ölkənin reklam olunma lazımlığından danışırlar. Öz ölkələrində heç kim olmayan adamlar gəlir, hökümətdən milyonlar alıb, gedib Azərbaycan barədə iki kəlmə yazır, deyir, onu baş tacı edirik, ağızdolusu danışırıq. Halbuki o pulu öz həkimlərimizə, yazarlarımıza, aktyorlarımıza, kitabın, rəsmin, teatrın həqiqi inkişafına qoysaq, öz insanlarımıza təhsil alması, elmlə məşğul olmasına yatırsaq mütəxəssislərimiz, yaradıcı adamlarımız ölkə olaraq bizi min dəfə daha çox reklam etmiş olarlar. Bu nə əzilmişlik, bu nə görməmişlikdir.

Ən gülməlisi də budur ki, sonra deyirlər hamısı xarici düşmənlərin, qara qüvvələrin, masonların işidir. Mason nə etsin ki, sən öz içindən çıxan adamın uğurunu həzm etmirsən, özün bacarmırsan, başqasının da bacarmağını istəmirsən. Sanki milli burjua yığışdı, ziyalılara dəstək verdi, varlı adamlarımız ildə 20 gənci xaricə oxumağa göndərdi, hökümət elm adamlarına yatırım elədi, amma Mason qoymadı, xarici qara qüvvə qoymadı.

Yəhudinin bir yemək blogu yazanına qoyduğu hörməti öz elm adamlarınıza, yazıçınıza, aktyoruna qoyun, sonra deyin ki, xarici qara qüvvə qoymadı.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG