"Kosmik zibilin" əsas hissəsi son dərəcə yüksək sürətlə (saatda 28 min kilometrə qədər) Yerin ətrafında fırlanır. Bu isə kosmik uçuşlar üçün daimi təhlükə deməkdir. Bundan başqa bu, qlobal kosmik rabitə şəbəkəsinin işinə mane olur.
Hazırda Yerin ətrafında 100 milyondan çox müxtəlif ölçülü süni mənşəli tullantı fırlanmaqdadır. Onların arasında sıradan çıxmış peyklər, kosmik aparatların vaxtı keçmiş avadanlıqları, raketlərin fraqmentləri var.
Hazırda Yerin ətrafında 100 milyondan çox müxtəlif ölçülü süni mənşəli tullantı fırlanmaqdadır. Onların arasında sıradan çıxmış peyklər, kosmik aparatların vaxtı keçmiş avadanlıqları, raketlərin fraqmentləri var. Bu tullantılar fəaliyyətdə olan kosmik aparatların işinə təhlükə törədir.
İlk sovet kosmik gəmisinin uzaq 1957-ci ildə buraxıldığını nəzərə alsaq, kosmik zibil faktiki olaraq 60 ildir ki, Yerin orbitinə tolplanmaqdadır.
Süni peyklərin toqquşması və peyk əleyhinə silahın sınaqdan keçirilməsi problemi daha da ağırlaşdırıb.
Yapon mütəxəssisləri Beynəlxalq Kosmik Stansiyaya pilotsuz yük gəmisi buraxıblar. Gəminin göyərtəsində xüsusi zibilyığan yerləşdirilib. "Kounotori" ("Leylək") adlanan bu kosmik "zibil maşını" əvvəlcə stansiyaya lazımi yükü çatdıracaq, daha sonra Yerin orbitini təmizləməklə məşğul olacaq.
Bu kosmik "zibilyığan" 700 metrlik trosun köməyilə tullantıları toplayacaq. Alüminium saplardan və polad məftillərdən hazırlanmış bu tros tullantıların tutaraq onların sürətini azaldacaq, daha sonra isə onları orbitdən çıxaracaq. Yekunda bu tullantılar Yerin sıx atmosferinə daxil olaraq yanacaq.
Alimlərin sözlərinə görə, yağlanmış elektrodinamik tros obyektin orbitini dəyişərək onu Yerin atmosferinə tərəf itələməyə kifayət edəcək qədər enerji istehsal edəcək.
Alimlərin sözlərinə görə, yağlanmış elektrodinamik tros obyektin orbitini dəyişərək onu Yerin atmosferinə tərəf itələməyə kifayət edəcək qədər enerji istehsal edəcək.
"Kounotori" Beynəlxalq Kosmik Stansiyaya bağlı olacaq. O, Sakit okeanın şimal hissəsində yerləşən Taneqaşima Kosmik Mərkəzindən kosmosa buraxılacaq.
"Bloomberg" agentliyinin verdiyi məlumata görə, balıqçı torları hazırlamaqla məşğul olan 106 yaşlı "Nitto Seimo Co." şirkəti qurğunun torabənzər hissələrinin hazırlanması üçün Yaponiyanın kosmik agentliyi ilə əməkdaşlıq edib.
Bu "zibil maşınından" əvvəl irəli sürülmüş təkliflər arasında zibilin nizəyə sancılması, "süpürülməsi", kəməndlə tutulması və hətta orbitdən Yerə tərəf itələnməsi də olub. Eyni zamanda, mütəxəssislər deyirlər ki, yaponların bu ixtirası yalnız nisbətən böyük ölçülü kosmik zibil parçalarını tutmağa qadirdir.
Eksperiment kosmik zibildən qurtularaq kosmosu astronavtlar üçün daha təhlükəsiz yerə çevirmək üçün nəzərdə tutulmuş beynəlxalq təşəbbüsün bir hissəsidir.
Yeniliyin kosmik stansiyalar, habelə milyardlarla dollar dəyəri olan hava və kommunikasiya peykləri üçün daha yaxşı müdafiə təmin edəcəyi ehtimal olunur.