Keçid linkləri

Təcili xəbərlər

Artıq 3D çap edilmiş ayaqqabılar da var


“Adidas” şirkəti 3D printerlə çap olunan idman ayaqqabıları satışa çıxaracaq.

“3D Runner” adlanan bu ayaqqabıları 15 dekabr tarixindən Nyu-York, London və Tokioda firma mağazalarında əldə etmək olacaq.

İstehsalçıların sözlərinə görə, ayaqqabılar ilk növbədə, qaçışla məşğul olanlar üçün nəzərdə tutulub. Onlar idmançının ayaq formasının elastik, nəfəs alan, karbon surətini yaradır, ayağın dəqiq konturlarına və basınc nöqtələrinə uyğunlaşır.

Xarici görünüşünə görə “3D Runner” Rio Olimpiya oyunlarında yer tutan idmançılara hədiyyə edilən ayaqqabılara bənzəyir. Ancaq onların yalnız dabanı 3D printerlə çap edilmişdi.

Məhdud sayda istehsal ediləcək “3D Runner”in bir cütünün qiyməti 333 dollardır. 3D ayaqqabılar firmanın “Futurecraft” seriyasının ilk hissəsidir.

Şirkət bildirir ki, bu seriyanın məqsədi əl işi və prototipləşdirmə özəlliklərini yeni istehsal texnologiyalarının limitsiz imkanları ilə birləşdirməkdir.

Ən son yazılan

XS
SM
MD
LG