Tİbb işçilərinin sözlərinə görə, ABŞ-da hər altıncı şəxs ömründə bir dəfə də olsa psixoloji pozğunluq, depressiya və ya beyinlə əlaqədar olan daha ciddi problemlər səbəbindən psixiotrik dərman qəbul edib.
Ötən ilin oktyabr ayında Nobel mükafatı laureatı Anqus Diton və bir neçə sosioloqun apardıqları araşdırma ABŞ-da əhali arasında opioid ağrıkəsicinin istifadəsindən yaranan “məişət narkomaniyası” epidemiyasının mövcud olduğu aşkar edilib. Hətta bu səbəbdən əhalinin müəyyən qruplarında ölüm hallarının sayı azalmaq əvəzinə artıb.
Bundan əlavə, Pensilvaniya unversitetinin alimləri aşkar ediblər ki, ölüm sayında artım və dərmanlardan sui-istifadə nəinki yalnız opioid istifadəçilərinə, adi antidepressantlar üçün də xarakterikdir. Analizdə 1996-cı ildən bu günədək ölüm hallarının statistikasından istifadə edilib.
Buna da bax: Gündə bir ovuc qoz-fındıq sağlam saxlayır
Təhlükəsiz Tibbi Təcrübələri İnstitutunun əməkdaşı, Tomas Mur (Thomas Moore) həmkarları ilə birgə bu məsələnin mümkün səbəbini aşkar ediblər. Sən demə ABŞ əhalisinin böyük hissəsi mütəmadi olaraq ən azı bir və ya bir neçə növ antipsixotik, sakitləşdirici, psixoloji pozgunluqları aradan qaldıran dərmanlar qəbul edir.
2013-cü il ərzində bu kimi preparatların istifadəsi üzrə statistikfnı toplayıb, bir neçə şəhərdə minlərlə sakinlə sorğu keçirən alimlər müəyyən ediblər ki, əhalinin yaşca böyük hissəsinin 16%-dən çoxu, ölkənin hər altıncı sakini qeyd edilən dərmanlardan alıb və ya həkimlərdən bu dərmanların alınması üçün resept istəyiblər.
Amerkanların 12%-dən çoxu antidepressantları mütəmadi şəkildə istifadə etdiklərini, 8%-ə qədər əhalinin isə anksiolitik və digər sakitləşdiriciləri qəbul etdiklərini deyiblər. 80%-dək şəxs bu dərmanları bir neçə il müddət ərzində daima qəbul edir. Alimlər iddia edirlər ki, real rəqəmlər daha qorxunc ola bilər, belə ki, insanlar adətən həkimlərinə sərbəst qəbul etdikləri dərman haqqında məlumat verməyə meylli olmurlar.
Bu növ dərman həvəskarlarının böyük hissəsi ABŞ-ın anqlosakson hissəsinə düşür. Adətən onlar afroamerikan, latinoamerikan və asialılardan 3-4 dəfə daha çox antipsixotik dərmanları qəbul edirlər.
Digər maraqlı bir məqam isə bu növ müalicə və ya özünümüalicə ahıl nəsil arasında daha geniş yayılıb. Gənc nəslin payına isə yalnız 8% düşür.