Keçid linkləri

Twitter özünün mobil proqramına canlı yayım özəlliyini artırıb.

Bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilir.

Şirkət bildirir ki, canlı videolar çevrədə, dünyada nə olub-bitdiyini bilməyin ən təsirli yoludur.

Özəllik əvvəllər Twitter-in canlı yayım proqramı Periscope-la əlçatan idi. Ancaq, artıq istifadəçilər Periscope-u yükləmədən, hesab yaratmadan da canlı yayım edə biləcəklər.

Xidmətdən istifadə üçün “yeni tweet yarat” bölməsindən “canlı” (live) seçmək lazımdır. Buradan çəkilişi tənzimləmək və “Go live” bölməsinə tıklayıb videoya başlamaq olar.

Buna da bax: Sosial şəbəkələr insanları dar düşüncəli edir?

Canlı yayımı zaman tunelində görüb izləyənlər girib şərh yaza, bəyənilər göndərə bilərlər. Periscope işlədənlər üçün bütün addımlar artıq tanışdır.

Yenilik yaxın günlərdə Twitter-in iOS və Android proqramından istifadə edən hər kəs üçün çatımlı olacaq.

Twitter-in bu addımını Facebook-un “ Bizim istifadəçilər başqa proqram yükləmədən canlı yayım edə bilər” atmacasına bir cavab olaraq dəyərləndirmək olar.

Facebook canlı yayım özəlliyini 2016-cı ilin yanvar ayında bütün istifadəçilərə təqdim etmişdi.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG