Keçid linkləri

Təcili xəbərlər

"Uber" istifadəçiləri izləməkdə günahlandırılır


Hələ iki il əvvəl "Uber"in rəhbərlərinin "God View" funksiyasından istifadə edərək istənilən müştəriləri izləyə bilməsi üzə çıxmışdı.

O vaxta qədər şirkətdə ştatlı kriminalist kimi çalışan, indi isə "Uber"i onu işdən qeyri-qanuni çıxarmaqda ittiham edən Vard Spanqenberq (Ward Spangenberg) məsələ ilə bağlı iddia qaldırıb. O iddia edir ki, "Uber" onu yaş zəminində ayrıseçkiliyə məruz qoyub və onun işgüzar nüfuzuna ziyan vurub.

"'Uber'də müştərilərin məlumatları ilə bağlı təhlükəsizliyin lazımi səviyyədə olmaması işçilərin tanınmış siyasətçilər, məşhurlar və hətta öz şəxsi tanışları, o cümlədən keçmiş sevgililəri və həyat yoldaşlarını izləyə bilməsinə yol açırdı", deyə Spanqenberq məhkəməyə təqdim etdiyi bəyannamədə yazıb.

Buna da bax: Smartfonla üzləri tanımaq olacaq

Buna cavab olaraq, "Uber" şirkəti pres-reliz yayaraq bildirib ki, məlumatlara çıxış məhdudlaşdırılıb və hər departamentin işçiləri yalnız öz səlahiyyətlərinə aid məlumatları nəzərdən keçirə bilərlər. Şirkət bildirir ki, yalnız dələduzluq hallarının və münaqişəli vəziyyətlərin araşdırılmasına ehtiyac yarananda ayrı-ayrı işçilər daha çox məlumatı nəzərdən keçirə bilirlər.

Samuel Ward Spangenberg bildirir ki, dəfələrlə bu pozuntular barədə şirkət rəhbərliyini məlumatlandırıb, ancaq yekunda işdən çıxarılıb. Məhkəmə iddiasında həmçinin deyilir ki, təhlükəsizlik sistemindəki qüsurlara görə şirkətin işçiləri "Uber" istifadəçilərinin şəxsi məlumatlarını əldə edə bilirdilər.

Şirkətsə işçilərinin istifadəçilərin şəxsi məlumatlarına çıxışına sərt nəzarət və siyasəti yürütdüyünü bildirib. "Uber" həmçinin bildirib ki, hər gün yüzlərlə təhlükəsizlik və məxfilik mütəxəssisi məlumatların qorunması üzərində çalışır. Şirkətin yaydığı açıqlamada həmçinin qeyd edilir ki, o, təhlükəsizlik sisteminə investisiyaları artırmağa davam edir.

"God View" funksiyasının artıq mövcud olmadığını deyən "Uber" bildirib ki, indi onu şirkətdaxili "Heaven View" funksiyası əvəz edir.

2014-cü ildə "Uber" sürücüləri də ziyan görmüşdülər. Proqram təminatındakı boşluqlar ABŞ-da 50 mindən yuxarı "Uber" sürücüsünün şəxsi məlumatlarının sızmasına səbəb olmuşdu.

2015-ci ilin qışında "Uber" Nyu York prokurorluğunun apardığı təhqiqata cavab olaraq məlumatların təhlükəsizliyinə nəzarəti gücləndirəcəyini söz vermişdi. Bu ilin əvvəlindən bəri Nyu Yorkun baş prokuroru məlumatların sızdırılmasına imkan verdiyinə görə şirkəti 20 min dollar məbləğində cərimə edib. Sözügedən araşdırma Buzzfeed müxbirinin şikayəti əsasında başlanmışdı. Müxbir özünün izlənməsi barədə şikayət etmişdi.

Ən son yazılan

XS
SM
MD
LG