Keçid linkləri

İtlər uşaqlarda narahatlığı, həyəcanı azaldır.

Amerikalı tədiqatçıların yeni araçdırması göstərir ki, evdə it saxlayan uşaqlarda təlaşın kliniki səviyyəsi aşağı olur.

Araşadırma zamanı 7-8 yaş arası 643 uşaq incələnib. Evdə itləri olan uşaqların yalnız 12 faizində kliniki narahatlıq özünü göstərib. İt saxlamayan uşaqlarda isə bu göstərici 21 faiz olub.

Tədqiqatçılardan professor Ann Qadomski (Anne Gadomski) bildirir ki, bu nəticə ev itlərinin uşaqlarda həyəcanı azaltdığını, onları sakitləşdirdiyini sübut edir.

Qadomski itlərin uşaqların həyatında necə xüsusi yeri ola biləcəyini vurğulayır: “Bəzən uşaqların ilk sözü onların itlərinin adı olur. Uşaqlarla ev itləri arasında güclü bir bağ var”.

Buna da bax: Gündə bir siqaret belə ölüm riskini 69% artırır

Araşdırmaçılar bildirirlər ki, 7-8 yaş arası uşaqlar ev heyvanlarını rahatlığın və təhlükəsizliyin təminatçısı kimi görürlər.

İtlərin yardımı ilə müalicə həyəcanı, təlaşı azaldır, uşaqların əqli inkişafını yaxşılaşdırır.

Araşdırma zamanı tədqiqatçılardan valideynlərdən uşaqların hansı narahatlıqları keçirdiklərini də sosuşublar. Onlardan kimi uşağının evdə tək qalmaqdan qorxduğunu, kimi də utancaq olduğunu deyib.

Tədqiqatçılar vurğulayırlar ki, itlər haqqında araşdırma çox olduğu üçün məhz onların təsirini nəzərdən keçiriblər. Ona görə də demək olmaz ki, digər ev heyvanları bu baxımdan faydalı deyillər.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG