Keçid linkləri

Bu gün təsadüfən bir musiqiyə rast gəldim. Əvvəllər eşitmiş olsam da, a vaxt meni nəsə yazmağa vadar etməmişdi. Həqiqətən də gözəl və möhtəşəm ifadır. Çox maraqlı gəldi, internetdə araşdırdım. Adı Mark Eliyahu, Dağıstan doğumlu, sonra (1988-ci ildə) İsrailə köçmüş, Habil Əliyevin ifasından həvəslənib kamança çalmağı oyrənmiş bir musiqiçidir. Daha çox sözlər demək olar onun haqqında.

İnsanlar o gözəl ifanı, musiqini bir kənara qoyaraq, sırf o yehudidi deyə (halbuki bu doğru deyil) müxtəlif xoş olmayan “rəy”lər yazıb doldurublar.

İnsanlar o gözəl ifanı, musiqini bir kənara qoyaraq, sırf o yehudidi deyə (halbuki bu doğru deyil) müxtəlif xoş olmayan “rəy”lər yazıb doldurublar. İfaçının Habil Əliyevdən bəhrələnməsi belə onlari dayandırmayıb.

Nədir yəhudilərə bu cür aqresiya bu gün? Bir ölkə, xalq olaraq nə İsraillə, nə də xalqı ilə heç bir problemimiz yoxdu. Bu gün bu ölkəyə bir yəhudi haqqında nəsə məlumat gəlsə, həmin linki açıb oxumadan əssasız ittihamlar, təhqirlər başlanır. Həm sosial şəbəkələrdə, həm də saytlarda. Onları təhqir edən kimlərdi?

Hansı bilgilərə, məlumatlara əsaslanıb bu fikirləri deyirlər-yazırlar? Dediklərinin nə elmi sübutu var, nə də bir mənbəsi. Bir az da dərinə getsən heç özlərinin bilik səviyyələrin də dərin deyil. Əsas kimi İsrailin yaşadığı və günahkar çıxarıldığı münaqişəni göstərirlər.

Unutdunuzmu Alberti?! Bu vətən üçün can qoyan birini? O qədər uzaqlaşmısınız ki, o qəhrəmanı belə yaddan çıxarmısınız. Bizsə heç unutmadıq.

Unutdunuzmu Alberti?! Bu vətən üçün can qoyan birini? O qədər uzaqlaşmısınız ki, o qəhrəmanı belə yaddan çıxarmısınız. Bizsə heç unutmadıq. Dünənimizdən uzaqlaşmadıq... Xalqına dəyər verənləri özündən incik salmaqla, fanatizmə qapılıb özünü dərin quyuya salmağın mənası nədir, araşdırın, öyrənin. Sağlam rəy söyləməyi öyrənin, sivil mübahisə qabiliyyətinə sahib olun.

İnsan oğlunun öldüyü heç bir müharibə ədalətli deyil. Bu danılmazdır. Tarixə nəzər salsaq onların da bu müharibəni necə başladıqlarını açıq görmək olar. Sadəcə bir az oxumaq, savadlanmaq lazımdır. Əsl müharibə cəhalətə qarşı olmalıdır. Bir müharibə yalnız elmi-tərəqqisi üstün olan tərəfindən qazanılır. Əlbəttə bu yazını genişləndirmək olar . Mən sadəcə iki sadə nümunə gətirərək kiçik xatırlatma etdim.

Amma bəzən vuruşmaq lazim gəlir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG