Keçid linkləri

Təcili xəbərlər

Aşağı xolesterin – sağlam bədən


Amerikalı alimlər orqanizmdə xolesterinin səviyyəsinin azaldığı təqdirdə, ürək sancı risklərinin, insult və ürəklə bağlı digər ölümcül xəstəliklərin 30%-dək azaldığını müəyyən ediblər.

Mütəxəssislər vurğulayırlar ki, insan orqanizmində xolesterinin ən aşağı səviyyəsi o, doğularkən müşahidə olunur. Hesab etmək olar ki, əgər eyni səviyyəni yaşlı orqanizmdə saxlamaq mümkün olarsa, nəticələr gözlənilməz ola bilər. Bu səbəbdən alimlər lap uşaqlıqdan xolesterinin səviyyəsinə nəzarət etməyi tövsiyyə edirlər ki, ölümcül xəstəliklərin yaranması riski də cüzi olsun.

“Alimlər xolesterinin aşağı olmasının ziyanlı və ya əksinə faydalı olması ilə bağlı əksərən qeyri-müəyyən fikirdə olublar. Aparılan təcrübə nəinki onun orqanizm üçün faydalı olduğunu, həmçinin ürək xəstəlikləri riskinin azaldığını da göstərir”, deyə İmperial İctimai Səhiyyə Məktəbinin əməkdaşı və araşdırmanın aparıcı müəllifi Kausik Rey (Kausik Ray) bildirib.

Buna da bax: Bəşəriyyətin yox edə biləcək 37 virus

Hazırda xolesterinin norması 100 mq/dl hesab edilir. Daha aşağı nəticələrə müxtəlif dərmanların qəbulu ilə nail olmaq mümkündür. Misal üçün, statinlər və ya tibbi müdaxilə vasitəsi ilə. Bunu yoxlamaq üçün mütəxəssislər araşdırmaya dərman vasitəsi ilə xolesterinin səviyyəsini normallaşdırmağa nail ola bilməyən pasientləri dəvət ediblər. Bu üsul 50 mq/dl-ə çatmağa imkan verib, bu göstərici demək olar ki, doğum zamanı olan göstəriciyə bərabərdir.

Lipoproteinlərin aşağı sıxlığında hər 39 mq-da baş verən yığılma və ya “pis” xolesterin – damar tıxanmalarına cavab verir ki, bu da ürək sancıları, insult, stenokardiya və ya ürək-damar xəstəlikləri nəticəsində ölümlə nəticələnən risklərdir. Elm xadimlərinin istifadə etdiyi yeni birləşdirilmiş üsul ölüm xəstəlikləri riskini 24%-dək aşağı salmağa kömək edir. Aparılan təcrübədə xolesterin səviyyəsinin yüksək olduğu bildirilən 5000 pasient iştirak edib.

XS
SM
MD
LG