Keçid linkləri

Təcili xəbərlər

NASA təəccübləndirməkdə davam edir


NASA Pegasus
NASA Pegasus

Dekabrın 15-də “ATK L-1011 Stargazer” təyyarəsindən üç-mərhələli daşıyıcı raket uçurulub. Peyklərin atmosferdə, təyyarədən buraxılması əsaslı yenilikdir və ənənəvi – raket daşıyıcısı vasitəsilə buraxilmasından dəfələrlə ucuz başa gəlir.

“Pegasus XL” adlı raket orbitə NASA-nın qasırğanı izləyə bilən səkkiz ədəd mikropeykini çatdırıb.

Mikropeyklərin üçüncü mərhələsi bazar günü daşıyıcı raketdən uçuşdan 13 dəqiqə sonra uğurla ayrılıb. Peyklər 30 saniyə intervalla orbitə qaldırılıb.

Mikropeyklərin göndərilməsində məqsəd qasırğanın mərkəzində okean səthindəki küləyin sürətini ölçərək, fırtınanın intensivliyini daha dəqiq proqnozlaşdırmaqdır.

Buna da bax: Yaponiya orbitə "kosmik süpürgə" buraxıb

Kiçik, ucuz peyklər bunu okeandan qəbul edilən GPS siqnallarını qəbul etməklə yerinə yetiriblər.

Mövcud peyklər bu informasiyaları kosmosdan toplamaq üçün yararlı deyillər. Çünki, onların alətləri yağışda çalışmağa davamlı deyil. Həm də bu peyklərin qasırğa üzərindən keçməkləri bir neçə gün çəkə bilər.

NASA uçuşun ilk elmi nəticələrini gələn həftə əldə edəcək. Nəticələrin qasırğa mövsümü başlamazdan 1-2 ay əvvəl onlayn sistemlərdə yerləşdirilmısi gözlənilir.

Ən son yazılan

XS
SM
MD
LG