Keçid linkləri

Təcili xəbərlər

Gülləkeçirməz smartfon


Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaranmasının 99-cu ildönümü şərəfinə məhdud sayda – cəmi 99 ədəd xüsusi dizaynlı iPhone 7 hazırlanıb.

Gülləkeçirməz titandan hazırlanan, üzərində qızılı emblem təsvir olunan smartfonun qiyməti 207 min rubldur.

20 dekabr təhlükəsizlik xidməti işçilərinin bayramı münasibətiylə hazırlanan “Forza FSB Gold LE” modelinin əsas özəlliyi dizayn elementlərinin qızılla işlənməsidir.

İstehsalçıların sözlərinə görə, smartfon Makarov tapançasından açılan atəşə davam gətirə bilir və dörd metr məsafədən ikinci sinif müdafiə ilə təmin edir.

“Biz cəsarətlə təhlükə ilə üzləşən, terror təhdidlərinin qarşısını alan insanlara minnətdarıq. Smartfonun dizaynında biz bu gücü, alicənablığı, inam və cəsarəti əks etdirmişik”- smatfonun istehsalçısı “Caviar Forza”nın nümayəndələri bildirib.

Smartfonun yaddaşı 32 QB-dır.

Tamamilə titandan ibarət model isə 197 min rubldur. Bu model ilk dəfə 2016-cı ildə 23 fevral ərəfəsində təqdim olunub.

Ən son yazılan

XS
SM
MD
LG