Keçid linkləri

Təcili xəbərlər

Şaxta babadan Azərbaycana məktub


Salam, azad Azərbaycan və onun xalqı.

O, gün olsun sizlər də həmin günü görəsiniz. İllərcə taxtdan düşməyən əla-həzrətləri diləyinizi qəbul etsin.

Mən Santa Claus, yəni Şaxta Babanız. Bu məktubu soyuq bir yerdən yazıram sizə. Düşünməyin ki, burada qaz yoxdur. Xeyr, mənim evim lazımınca qazla, işıqla təmin olunur. İnanırsınız, qaza, işığa yüksək məbləğdə pul ödəmirəm! O, gün olsun sizlər də həmin günü görəsiniz. İllərcə taxtdan düşməyən əla-həzrətləri diləyinizi qəbul etsin.

Keçirtdiyiniz mitinglərdə zərər yox, xeyir tapasınız. Ümüdləriniz sönməsin, dik durun həmişə. Hər zaman möhkəm dayanın. Ac saxlaya bilərlər sizi, çalışın küçələrdə donmayın. Heç vaxt onlardan qorxmayın.

Və bu arada Qiyas İbrahimovun, Bayram Məmmədovun qəhrəmanlıq etmələrindən xəbərim var. Onlara halal olsun. Rejimə böyük bir zərbə endirmiş oldular. Mən arzu edirəm ki, günün birində də o heykəl yerindən sökülüb, yox olsun.

Bir də o gül bayramıdır, qul bayramıdır nədir olmasın. Müxtəlif ölkələrdən bahalı güllər onun üçün gətirənə kimi, elə ac qalmış, evsiz olan şəxslərə kömək edilsin. Heç olmasa neftçilər üçün neft yığım mərkəzi sağlam bir bünövrə ilə tikilsin.

Bir də o gül bayramıdır, qul bayramıdır nədir olmasın. Müxtəlif ölkələrdən bahalı güllər onun üçün gətirənə kimi, elə ac qalmış, evsiz olan şəxslərə kömək edilsin. Heç olmasa neftçilər üçün neft yığım mərkəzi sağlam bir bünövrə ilə tikilsin.

Adam olun, xalqın qeydinə qalın. Bəsdirin, bu xalqa zülm etdiniz. Nə qədər olar sosial şəbəkələrdə ağlayıb, narazılığını bildirən insan görmək. Televiziyalarınız isə əksini göstərir. Oynayıb, şıllaq atırlar. Bu yaşadığım yerdə sizin kanallar tutur. Şəxsən özüm üçün Azərbaycan kanallarını açdırmışam. Amma daha sizin kanallarınızı bağlayacam, izləməyəcəm onları. Şitlik edirlər, Xoşqədəm kimi insanlar başınızı aldadırlar. Yəni atın televizorlarınızı, izləməyin. Bu məndən sizə məsləhət olsun.

Azad xalq, sizlər üçün hədiyyələr hazırlamışdım. Məsələn: Kasıb ailənin körpələri üçün qalın paltarlar tikdirmişdim, həftələrcə ac qalan, iş tapmayan insanlar üçün yeməklər alıb torbama yığmışdım. Ondan sonra eşitdim ki, bəzi banklar fırıldaqçılıq edir, müəyyən şəxslərin başlarına bu dollara görə oyun açmış olurlar. Məndə də dollarlar çox olduğu üçün, həmin şəxslərə pul göndərmək qərarına gəlmişdim. Sizlər üçün müxtəlif cür gözəl hədiyyələr hazırlamışdım.

Hətta məmurlar üçün “orta barmaq göstərən” balaca heykəl də hazırlatdırmışdım. Onlara xüsusi olaraq bunu hədiyyə edəcəkdim.

Hətta məmurlar üçün “orta barmaq göstərən” balaca heykəl də hazırlatdırmışdım. Onlara xüsusi olaraq bunu hədiyyə edəcəkdim. Amma lənət olsun ki, bu hədiyyələrin heç biri ilə Azərbaycana gələ bilmirəm. Çünki Azərbaycan gömrüyünü keçə bilmirəm. Hədiyyələri gömrükdə də saxlamaq istəmirəm. Ona görə də məni bağışlayın sizin yanınıza hədiyyəsiz gələ bilmərəm. Bu ili mənsiz keçirin.

Hə, unutmadan onu da deyim ki, heç olmasa bu il fişəng partlatmayın. Keçən il də neftçilər həlak oldu, 31 Dekabr fişəng partladırdınız. O, vicdansızlara burdan deyirəm ki, bu il həmin səhvi təkrar etməyin. Bu dəfə 15 Dekabrda faciə baş verdi. Heç olmasa bu səfər vicdansızlıq etmiş olmayın.

Bu məktubu ona görə sizlər üçün yazdım ki, bu il yanınıza gələ bilməyəcəm. Və bir də bu kəlimələri bura yığmağımda məqsədim odur deyim ki, siznən işləmək mümkün deyil. O bəzi saxtakar, vicdansız, amma qalstuklu şəxslərə deyirəm. Sizdən adam olmayıb, olmayacaq da. Bu qədər, sağ olun. Azad xalq, yeni iliniz indidən uğurlu olsun.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG