Keçid linkləri

Təcili xəbərlər

Çin 5G üçün hazırlaşır


Dünyanın ən böyük mobil operatorlarından “China Mobile” 5G şəbəkəsinin erkən istifadəyə verilməsi üçün hazırlıqlar görür.

Mərkəzi Pekində olan şirkət 2017-ci ildə dörd-beş şəhərdə 5G şəbəkəsini qurmaq və genişləndirmək üçün sınaqlara başlamağı planlaşdırır. Mobil operator bu addımları atmaqla, artıq 2020-ci ildən 5G xidmətlərini kommersiyalaşdırmaq istəyir.

“China Mobile” təşəbbüskar bir tələbədir. Biz 5G texnologiyalarını test etməklə yanaşı, biz 5G kommersiya məhsulları üçün əvvəlcədən hazırlaşırıq” - China Mobile Tədqiqat İnstitunun rəhbərlərindən biri Huang Yuhong bildirib.

Şirkət 5G-nin texniki özəlliklərinin sınağına Noyabr ayında başlayıb. Növbəti mərhələdə isə artıq 5G mobil internet və əşyaların interneti üçün texnoloji həllər test ediləcək.

“5G sadə bir texnologiya və ya sistem olmayacaq. Bu texnologiya sənayenin digər sahələriylə dərindən bağlı bir platformaya çevriləcək”. Huang deyib.

5G standartı saniyədə bir qeqabayta qədər informasiyanı ötürməyə imkan verəcək ki, bu da 4G-dən 20-50 dəfə sürətlidir.

Ən son yazılan

XS
SM
MD
LG