Keçid linkləri

Təcili xəbərlər

İlon Mask indi də tunel qazmağa girişir


İlon Mask (Elom Musk) yeraltı keçidlər qazmaq fikrinə düşüb. Bu haqda “Tesla”nın rəhbəri öz Twitter səhifəsində yazıb. “Tıxaclar məni dəli edir. Qazma maşını düzəldib sadəcə qazmağa başlayacağam...”, deyə Mask yazıb.

45 yaşlı Mask, Tesla Motors elektromaşınlarının istehsalından əlavə, hazırda SpaceX kosmik texnologiyalarının isteshalı ilə də məşğuldur. Mask, OpenAl araşdırma şirkətinin (süni intellektini yaratmaq məqsədi daşıyan), SolarCity şirkətinin günəş enerjisi istifadəsində ixtisaslaşan, SpaceX kosmik texnikası və vakuum qatarı hazırlamaq məqsədi ilə buraxılan Hyperloop layihələrinə də rəhbərlik edir.

Bir müddət sonra Mask qeyd eidb ki, yeraltı keçidlə bağlı yazdığı tvitlərdə zarafat etməyib: “Mən həqiqətən bunu etməyə hazırlaşıram”, deyə o, növbəti tvitində bildirib. Digər bir tvitində isə “Tesla”nın rəhbəri qeyd edib ki, bu şirkəti The Boring Company (Qazma şirkəti adlandırmaq da olar, diqqət çəkən digər məqam isə bu söz həm də “Darxıdırıcı şirkət” mənasını da ifadə edə bilər).

Buna da bax: 63 milyon təhlükəsizlik yastığı təhlükəli çıxıb

Bundan başqa, Mask özünün Twitter səhifəsində işlə bağlı informasiya xanasında bəzi dəyişikliklər də edib: “Tesla, SpaceX, Tunellər (bəli, tunellər) və OpenAl” yazılıb.

Sahibkar gələcək planlarını ciddi şəkildəmi belə elan edib ya bu ismarıcların zarafat xarakteri daşıdığı hələ də tam aydın deyil. “Elecktrek” dərgisinin qeyd etdiyinə görə, İlon Mask yeraltı keçid və yolların faydaları haqqında ictimaiyyət qarşısında da çıxış edib.

“Bu çox sadə və aydın bir ideyadır, və mən də istərdim ki, bu işlə - yeraltı keçidlərin, yolların qazılması ilə daha çox insan məşğul osun. Tunellər əladır. Bu sadəcə yerdə bir deşikdir, o qədər də çətin bir şey deyil”, deyərək Maks çıxışında onu da qeyd edib ki, tunelləri bir neçə mərtəbəli tikmək olar ki, bu da tıxacla bağlı bütün problemləri çözə bilər.

Ən son yazılan

XS
SM
MD
LG