Keçid linkləri

Təcili xəbərlər

Səudiyyə qadınları bəzi tibbi ixtisaslara buraxılacaq


"Reuters"in verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinin rəsmiləri bəyan ediblər ki, krallıqda qadınların feldşer və optika dükanlarında optometrist kimi çalışmasına icazə veriləcək.

Qeyd edilir ki, iyun ayında krallıqda iqtisadi islahatlar planı elan edilib. Plana görə 2020-ci ildə işləyən qadnların sayının 23%-dən 28%-ə çatdırılması nəzərdə tutulub. Bundan başqa, dövlət qulluğunda yüksək vəzifələr tutanlar arasında qadınların payının 5%-ə yüksəldilməsi planlaşdırılır.

Artıq son bir neçə il ərzində həcc mövsümündə Məkkədə qadınların həkim kimi işləməsinə və tibb heyətində könüllü fəaliyyət göstərməsinə icazə verilib. Ancaq bu zaman da geyim qaydalarına ciddi riayət olunmalıdır.

"Qadın üçün feldşer işləmək normaldır. O şərtlə ki, o, düzgün geyinib və göstərilmiş bütün qaydalara əməl edir", deyə ali dini şuranın üzvü şeyx Abdullah al-Mani bildirib.

Səudiyyə Ərəbistanı səhiyyə nazirliyinin nümayəndəsi Muhammad Bajbair qeyd edib ki, qadınlar kişilərlə ünsiyyətdə olmamaq şərtilə optika dükanlarında işləyə bilərlər.

Buna da bax: Dikdaban ayaqqabılar sağalmaz xəstəliyə səbəb ola bilər

"Əgər səhiyyə məsələləri departamentindən qarışıq mühitlə bağlı şikayət daxil olarsa, dükan bağlana bilər", deyə Bajbair bildirib.

Səudiyyə Ərəbistanı dünyada qadınlara avtomobil idarə etməyi qadağan etmiş yeganə dövlətdir. Bu qadağa qadınların işə gedib-gəlməsinə əlavə maneələr yaradır. Bundan başqa, ölkədə qadınların fəaliyyət sahələrini məhdudlaşdıran qaydalar da mövcuddur.

Səudiyyə Ərəbistanının iyunda başladığı yeni iqtisadi islahatlar planının məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq və vətəndaşlar üçün iş yerlərinin sayını artırmaqdır.

Planda qadın məşğulluğunun artırılmasına dair konkret detallar əks olunub. Planda həmçinin deyilir ki, hökumət işləyən qadınlar üçün nəqliyyat imkanlarını yaxşılaşdırmaq üçün 2,78 milyard riyal (741,19 milyon dollar) pul xərcləyəcək.

XS
SM
MD
LG