Keçid linkləri

SƏN SİYASƏTLƏ MARAQLANMASAN DA...

Azərbaycanda davam edən iqtisadi böhrana bir sosioloq gözü ilə də baxmaq olardı. Fəqət, bu ölkədə ən abstrakt və gündəlik həyatdan uzaq elm, məsələn, astronomiya cəmiyyəti və dövləti idarə etmək üçün nə qədər vacib sayılırsa, elə sosiologiyaya da bir o qədər “önəm” verirlər.

Təsəvvür edin, ikinci ildir ki, ölkə iqtisadiyyatında ağır və üzücü böhran davam edir, amma bu xüsusda hələ bir sorğu da keçirilməyib.

Hökumət üçün qətiyyən maraqlı deyil ki, cəmiyyətin neçə faizi onun siyasətini dəstəkləyir, nə qədər adam “görülən işlər”in böhranı cilovlayacağını düşünür.

Hökumət üçün qətiyyən maraqlı deyil ki, cəmiyyətin neçə faizi onun siyasətini dəstəkləyir, nə qədər adam “görülən işlər”in böhranı cilovlayacağını düşünür. Ona görə də hökumət hər şey haqqında baş sındırır, düşünür, təkcə iki məsələdən başqa – bunlardan biri əsl islahat aparmaqdır, digəri də cəmiyyətin hökumətə etimadıdır.

Cəmiyyət özü isə başa düşmək, daha doğrusu, qəbul etmək istəmir ki, onun ictimai-siyasi proseslərə, seçki və referendumlara sayğısızlığını və etinasızlığını belə hakimiyyət özünə və siyasətinə dəstək kimi qəbul edir.

“Məntiq” sadədir: əgər insanlar susursa, etiraz etmirsə, deməli “atılan addım”larla, “görülən tədbir”lərlə, ümumiyyətlə, hakimiyyətin “siyasət”i ilə razıdırlar.

Təsadüfi deyildir ki, bu yaxınlarda keçirilən hökumət tədbirlərinin birində cəmiyyətin hakimiyyətin siyasətinə verdiyi “dəstək” dilə gətirlidi və “sübut” kimi də bu il sentyabrda keçirilən referendumun “nəticə”ləri göstərildi.

Mahiyyətinə varanda bəlkə də heç hakimiyyətdə də günah yoxdur. Heç cür qəbul etmək istəmirik ki, biz hətta sükutumuzla da, etinasızlığımızla da “seçim”imizi edirik.

Ona görə ki, Azərbaycanda elə bir hakimiyyət və ya sistem yoxdur ki, insanların, seçki və referendumlara gələnlərin səslərini doğru və dürüst saysın, seçkilər baş tutmayanda təkrar seçki keçirsin və yaxud da ki, öz həqiqi reytinqindən nəticə çıxarsın.

Qərəz, “Heç kimə, nə müxalifətə, nə də ki, hakimiyyətə inanmıram!” deyib “daxili mühacirət”ə çəkilməklə nəsə həll olunmur. ...siyasətlə maraqlanmasaq da, siyasət bizimlə maraqlanır.

Qərəz, “Heç kimə, nə müxalifətə, nə də ki, hakimiyyətə inanmıram!” deyib “daxili mühacirət”ə çəkilməklə nəsə həll olunmur. Bizim siyasi proseslərə sayğısızlığımız son nəticədə yenə bumeranq olub özümüzə qayıdır, çünki siyasətlə maraqlanmasaq da, siyasət bizimlə maraqlanır.

Təsadüfi deyildir ki, az qala iki il keçməsinə baxmayaraq hökumət heç bir fundamental iş görmür, yalnız manatın kursunu sabit saxlamaq üçün zəruri xərcləri azaltmaqla və bir də büdcəni “budamaq”la məşğuldur.

Vəziyyət isə sistemli islahatlar tələb edir. Hökumət isə bundan qaçır, çünki əsl islahatlar irili-xırdalı məmurların maraqlarına cavab vermir. Nəticədə də görülən bütün “işlər” baron Münhauzenin öz saçlarından yapışaraq özünü bataqlıqdan çəkib çıxarmasına oxşayır...

CƏMİYYƏTƏ PƏHRİZ SAXLAMAĞI MƏSLƏHƏT GÖRDÜLƏR...

Bu günlərdə Milli Məclisdə növbəti büdcə təsdiq edildi. Düşünmək olardı ki, ən az`ı deputatlar nəsə deyəcək və yaxud hökumətdən ölkədəki vəziyyətə daha məsuliyyətlə yanaşmağı tələb edəcəklər. Amma olmadı, ikicə iclasdan sonra büdcə təsdiq edildi.

Düzdür, bəzi deputatlar nəsə qımıldanmağa çalışdılar, amma onların dediklərinə heç diqqət edən də olmadı.

Əvəzində bəzi deputatlar cəmiyyətə daha faydalı “təklif”lər və hətta “resept”lər verməyə başladılar.

Adam onları dinləyəndə lap mat-məəttəl qalırdı. Düşünürdün ki, İlahi, bütün bunları ciddi deyirlər, yoxsa cəmiyyətlə sadəcə, “məzələnir”lər?

Məlum oldu ki, hamılıqla pəhriz saxlamaqla və yaxud qida rasionumuza ciddi düzəlişlər etməklə də vəziyyətdən çıxmaq olar.

Adam onları dinləyəndə lap mat-məəttəl qalırdı. Düşünürdün ki, İlahi, bütün bunları ciddi deyirlər, yoxsa cəmiyyətlə sadəcə, “məzələnir”lər?

Fəqət, təəccüblənmək və bayılmaq üçün də elə bir əsas yoxdur – məgər parlamentimizin hansı durumda olduğunu bilmirik?

“Seçicilər”in az qala 90 faizinin öz deputatlarının adını belə bilmədiyi bir ölkədə parlament necə ola bilər ki?

Bir ölkədə deputatlara “Müsahibə verməyin! Müsahibə vermək nəyinizə lazımdır ki?” deyilirsə, burada parlament necə ola bilər ki?

O üzdən də təəccüblənmək və bayılmaq lazım deyil. Bu parlamenti də, hökuməti də biz seçmişik – öz sükutumuzla, etinasızlığımızla və siyasətə ənənəvi sayğısızlığımızla.

ŞÜARLAR ÖLKƏSİ

Maraqlıdır ki, nəinki parlament və ya məhkəmər, hətta mənəvi institutlar belə cəmiyyətin yanında olmaq istəmir. Baxırsan ki, Roma papaları dünyanı gəzib kasıb və xəstə insanlara ən azı mənəvi dəstək olmağa çalışırlar. Amma Azərbaycanda din adamları həmişə hakimiyyətin yanında olmağa üstünlük verirlər, sanki bunlar da dövlət məmurlarıdır.

Papanın çıxışının böyük hissəsi korrupsiyaya və məmurları insanlarla daha ədalətli davranmağa yönələn çağırışlara həsr olunmuşdu. Azərbacaynın din adamlarından isə bunu görməzsən...

Roma papası ikinci İohann Pavelin Bakıya səfəri hələ də yadımdan çıxmayıb. O, Azərbaycanda gözəl çıxış etdi. Çıxışda Nizamidən bir xeyli sitat vardı – hələ görməmişəm ki, hansısa azərbaycanlı din xadimi ondan sitat gətirsin.

Amma bunu da bir tərəfə qoyuram. Papanın çıxışının böyük hissəsi korrupsiyaya və məmurları insanlarla daha ədalətli davranmağa yönələn çağırışlara həsr olunmuşdu. Azərbacaynın din adamlarından isə bunu görməzsən – heç vaxt məmurları tənqid etməzlər, hakimiyyəti yarıtmaz və ədalətsiz siyasətinə görə qınamazlar.

Ona görə də hərlənib-fırlanıb axırda yenə də bir fikrə gəlirsən: bu ölkədə Allah adından danışanlar çoxdur, amma əsl Allah adamı çox azdır.

Təəssüf ki, din adamlarının da Allahdan, axirətdən, halallıqdan və ədalətdən danışması məmurların demokratiyadan, insan haqlarından və söz azadlığından danışmağına bənzəyir – hamısı bir şüardır, gerçək həyatla əlaqəsi olmayan bir şüar.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG