Keçid linkləri

Təcili xəbərlər

Apple Hindistanda istehsala başlaya bilər


Apple India Map Logo
Apple India Map Logo

Apple Hindistanda mobil cihazların istehsalına başlamaq üçün ölkənin höküməti ilə danışıqlar aparır.

“Wall Street Journal”ın yazdığına görə, şirkət Noyabr ayında federal hökümətə göndərdiyi məktubunda istehsal planlarını açıqlayıb və maddi dəstək istəyib.

Yerli istehsal Apple-a Hindistanda pərakəndə satış mağazalarını açmağa imkan verəcək. Hindistanda satılan smartfonlar içərisində iPhone iki faizdən az yer tutur. Bu addımın qiymətləri 12-13 faiz aşağı salacağı, satışları artıracağı düşünülür.

Hazırda Apple məhsullarını Hindistanda yerli distribyutorlar vasitəsilə satır.

Hindistanın baş naziri Narendra Modi də “Make in India” təşəbbüsü çərçivəsində ölkədə texnologiya məhsullarının istehsalını artırmağa çalışır. İyun ayında xarici pərakəndəçilər bu ölkədə satılan məhsulların 30 faizinin yerli istehsal olması şərtindən üç illik azad edilib.

İqtisadi ekspertlərin proqnozuna görə, tezliklə Hindistan smartfon istehsalında dünyada ikinci yeri tuta bilər. Hazırda bu sahədə ilk yeri Çin, ikinci yeri ABŞ tutur.

Ən son yazılan

XS
SM
MD
LG