Görüntüdə soyuq qaz buludlarını yaradan alışıb-yanan yeni və təkrarolunmaz gənc ulduzların işartısını görmək olar.
NASA sözügedən görüntünü Süd Yolu qalaktikasının müxtəlif kosmik rəsədxanalar tərəfindən hazırlanmış fətəşəkillərini bir yerə yoplayaraq hazırlayıb. Bir neçə fotonun birləşməsindən yaranan bu görüntü müxtəlif teleskoplardan çəkilib, və nağıllardakı sirli bir mənzərəni xatırladır. Görüntüdə yer alan bənövşəyi rəngli hissələri “Chandra” və “ROSAT” rəsədxanaları “çəkib”.
NGC 6357 5.5 min işıq ili məsafəsində Yer kürəsindən aralıda Əqrəb bürcündə yerləşməyi ilə yanaşı, ölçüsü 50 işıq ilinə yaxın bir həcmdədir. Görüntüdəki göy rəngi infraqırmızı UKIRT teleskopu, narıncı rəgnləri isə NASA-nın Spitzer Space Telescope qeydə alıb.
NGC 6357-nin sahəsi həmçinin çoxlu sayda gənc ulduzlardan ibarətdir.
Burada əhəmiyyətli və kütləvi sayda ulduzların yerləşdiyinə görə bu region “klasterlərin klasteri” adlandırılır.