Keçid linkləri

Təcili xəbərlər

Evinizdə nə qədər ət var?


Fikrimcə, insanların etiraza meyilli olmalarının qarşısını alan, onları tənbəl bir kütlə edən əsas amillərdən biri də, ətin həyatımızda oynadığı vacib roldur. Əldə edilməsi çətin, itirilməsi qorxunc görsənən bir parça ət insanları çəkincəli, qorxaq, laqeyd, bəzən də qəddar edə bilir.

Robert Piri Eskimo qəbilə başçılarının birindən “Nə düşünürsən?” deyə soruşanda, Eskimo “Düşünmək məcburiyyətində deyiləm, evdə artıqlaması ilə ət var” – deyə cavab verir.

Məşhur Amerika səyyahı və tədqiqatçısı Robert Piri Eskimo qəbilə başçılarının birindən “Nə düşünürsən?” deyə soruşanda, Eskimo “Düşünmək məcburiyyətində deyiləm, evdə artıqlaması ilə ət var” – deyə cavab verir.

Bu artıq psixoloji durumdan, maddi-mənəvi tələbdən çıxıb, yaşam mübarizəsinə çevrilib. İnsanlar yeməyə bir parça ətin olması və bu ətin “məndə olmasından insanların xəbərdar olması üçün” yaşayırlar. Nədənsə bir ömür özümüzü kiməsə isbat etməyə çalışırıq. Məsəl üçün, mənim evimdə çay olmasa, qənd olmasa, ət olmasa bu mənim ayıbım sayılır. Bunların olmamasına səbəb olanlara etiraz etməksə ayıb sayılır. Bir parça ətə görə, bir kq qəndə və bir qutu çaya görə “biabırçılıq” etmək olmazmış.

..."Sabah bundan yaxşı olacaq" psixologiyası və düşüncəsi ilə yaşayan bir nəsil cəmiyyəti hər zaman sabaha yox, bir xeyli geriyə aparır.

Azərbaycan kimi dövlətlərdə, cəmiyyətlərdə insanların çətin şərtlər altında yaşamasının əsas səbəblərindən biri idarəedici qüvvənin – hökumətin yanlış və yaxud düşünülmüş yanlış siyasəti, korrupsiya, rüşvətxorluq, bir sözlə, ölkənin sərvətlərinin və xalqın pullarının talan edilməsi olsa da, digər bir səbəb də elə insanların özləridir. Çünki itirəcəkləri bir şeylərin olmadığı zamanlarda belə, nələrisə itirməkdən qorxurlar. Sabah bundan yaxşı olacaq psixologiyası və düşüncəsi ilə yaşayan bir nəsil cəmiyyəti hər zaman sabaha yox, bir xeyli geriyə aparır.

Bu cür toplumlarda əgər ucuz və ya baha yemək tapırsansa, təhsil sisteminin məhv olması, ədalətdən uzaq insanlardan təşkil olunan ədliyyə sisteminin cəzasızlıq sindromundan əziyyət çəkməsi, səhiyyə sisteminin əslində bir “kütləvi ölüm” aparatı olması, ümumiyyətlə bütün sistemin bir-birinə calaq şəkildə məhv olması kölgədə qalır ama bunlara etiraz etmək səhv sayılır. Elə sırf bunu nəzərə alaraq dünya şöhrətli Azərbaycan yazıçısı – dahi Nizami Gəncəvi yazırdı ki, “çalış bu dünyada səhv eyləmə sən, çox bizim kimilər yanmış səhvindən”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG