Keçid linkləri

Təcili xəbərlər

Bəlkə də...


Hər yerdə səni gəzirəm gözlərimlə. Sənə aid hər şey - gözlərinin rəngi, saçlarının rəngi, boyun, yerişin, geyim tərzin, hansi rənglərə üstünlük verməyin, hətta neçə vaxtdan sonra açarı bir əlindən digərinə keçirməyin. Heç bir səhvlik ola bilməz. Mümkün deyil. Hamısı dəqiq yadimdadi, daha doğrusu yaddaşımdadı.

Doğrudan, Həyat nə qəribədi? Sən sıradan biri olduğun zaman ən çox rastlaşdığım bir yad idin. Hər gün eyni vaxtda, eyni saatda, eyni yerdə. Eyni zamanda rast gələrdim sənə. Axı nə dəyişib? Saat eyni, vaxt eyni, yer eyni, gün eyni. Gözümün görə bildiyi hər yerdə axtardım səni, amma yox... yoxdu

Görünür nəyəsə, kiməsə yaxınlaşmaq üçün adi baxmaq lazımdı. Qəlbin istəyib, gözlərin gəzdikcə zaman onu səndən gizlədir, qaçırdır. Zaman səhrada qum fırtınası kimidir. Yeriməyə qoymaz, gözlərini açıb irəlini görməyə imkan verməz. Səndən əvvəl mənzil başına sağ çatanın izlərini belə silər, yox edər. Bəzən burulğana belə atar səni, nəfəs belə almağın çətinləşər. Gizlətdi səni. Bir insanın edə biləcəyi nə varsa etdim. Amma yox... yoxdu.

Zamana aid deyilən hər sözün əksinə dayanmayacam. Dedilər dünən bitmiş, sabah naməlum, bu gün realdır. Mən səni hər keçən gün axtarmışam, mən səni bu gun də axtardım. Mən səni sabah da eyni vaxtda, eyni yerdə tapmaq ümidi ilə yenə axtaracam. “Amma yox.. yoxdu” deyəcəm və yenə axtaracam. Axı niyə dayanım, dayanmaq üçün bir səbəbim yoxdu. Axtarmaq üçünsə səsbəblərim çoxdu. Ümidi öldürüb, zamanla öcəşəcəm, amma yenə də axtaracam. İki ayağım bir başmaqda olana qədər hər şey dükənsə belə, səni yenə axtaracam.

Bir gün səni tapacam. Səni tapdığıma ya sevinəcəm, ya da axtardığıma peşman olacam. Amma neynək, olsun...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG