Keçid linkləri

Təcili xəbərlər

Arktikada temperatur normanı aşır


arctic melting expedition
arctic melting expedition

Noyabr və Dekabr aylarında Şimal qütbündə temperatur rekord həddə çatıb.

Alimlər burada orta göstəricidən 5 dərəcə yüksək temperatur qeydə alıblar və istilik yüksəlməkdə davam edir.

Temperaturun daha da artaraq, orta göstəricidən 20 dərəcə çox olacağı gözlənilir.

Oksford Universitetinin tədqiqatçıları bildirirlər ki, Arktikada anormal temperaturun yaranmağına səbəb insan amilli iqlim dəyişikliyidir. Havaya yayılan müxtəlif qazlar istixana effekti yaratamaqla, temperaturun yüksəlməyinə səbəb olur.

Alimlər vurğulayırlar ki, bu cür iqlim dəyişiklikləri min ildə bir yaşanır. Statistikanı müqayisə etməklə onlar belə qənaətə gəliblər ki, sənayədən öncəki dövrdə bu cür temperatur göstəriciləri nadir hallarda qeydə alınıb. Ancaq, zərərli qazlar havaya yayılmağa davam etdikcə, insanlar belə anormal hava şaraitini tez-tez görəcəklər.

Aşırı istilik dəniz məməlilərinin köçünə təsir edib, şimal maralları arasında kütləvi aclıq və ölüm halları baş verib.

Arktik dənizində buzların sürətlə əriməsi qütb ayılarının da sayını azaldır. Onların sayının önümüzdəki 40 il boyunca üçdə bir nisbətində düşəcəyi gözlənilir.

Ən son yazılan

XS
SM
MD
LG