Keçid linkləri

Təcili xəbərlər

Ebola virusuna qarşı effektiv vaksin


Beynəlxalq alimlərdən ibarət bir qrup Ebola virusuna qarşı hazırlanan peyvəndin II və III tibbi sınaqlarının uğurla nəticələndiyi haqda xəbər veriblər. Dərman tamamilə öz effektivliyini göstərib. Hemoragik qızdırma olan Ebola filovirus ailəsinə daxil olan bir virusdur. Bu ən ağır və məşhur infeksiya xəstəliklərindən biridir – virusun baş veridyi bir neçə kütləvi yoluxma zamanı ölüm hadisələri 90%-dək olub. Bugünədək məlum olan hadisələrdən ən böyüyü – 2014-cü ildə Qərbi Afrikada başlayan epidemiya 11 mindən çox insanın həyatına son qoyub. Dünya Səhiyyə Təşkilatı bu göstəricilərə laqeyd yanaşıldığını bilridib. Sözügedən virusa qarşı dünyanın bir neçə laboratoriyalarında alimlər hələ də peyvəndin axtarışındadırlar. Ancaq heç bir dərman kliniki istifadə üçün hələ ki, lisenziyalaşdırılmayıb.

DST-nın işçi qrupu müxtəlif ölkələrdən olan elmi mərkəzlərin iştirakı ilə Afrikada rVSV-ZEBOV namizəd-vaksinini kliniki sınaqlardan keçirib. Bu dərman Zair ebolavirus qrupuna aid olan virusunun stabil və davamlı sintezini təmin edir.

Ebola ça Suffit! (hərfi mənada tərcüməsi “Ebola, kifayətdir!”) virusunun yayılması dövründə 5000-dən çox xəstəyə bu vaksin vurulub. Bundan sonra 10 gündən 84 günədək bir dövrdə (bu Ebola virusunun inkubasiya dövründən demək olar ki, 4 dəfə çoxdur) bir nəfər də olsun xəstələnməyib. Bundan əlavə, qrup şəklində vurulduqda infeksiyanın qarşısını daha effketiv şəkildə alıb.

Beləliklə, peyvənd 100% dərəcədə effektiv olub. Dərmanın əlavə təsirləri də demək olar ki, çox nadir hallarda müşahidə edilib, lakin həyat təhlükəsi də yaratmayıb. Təcrübələrdə istifadə edilən vaksinin təsirinin davamiyyəti isə qeydə alınmayıb.

Alimlərin sözlərinə görə, yeni vaksin orta hesabla 10 ilə istifadəyə buraxılacaq. Alimlər, Ebola virusunun yeni partlayışı yaranacağı təqdirdə, 300 000 vaksin istifadəyə veriləcəyinə zəmanət verirlər. 2017-ci ilin sonunadək isə yeni vaksin lisenziyalaşdırılacaq.

Daha öncə amerikan-kanadalı elmi kollektivi bir neçə mövcud dərmanların Ebola virusuna qarşı effektiv olduğunu aşkar etmişdilər. Təcrübələrin verdiyi nəticələrə görə, bu dərmanlardan daha təsirlisi interferon-beta və lamivudin olub.

XS
SM
MD
LG