Keçid linkləri

Cəmiyyətin necəliyi ordakı qadınların halından bəlli olur. Şərqdə qadın doğulamağın öz qaydaları var. Həyatında hər mərhələnin öz bölgüsü var:

Sən dünyaya gələndən sonra, səni doğan qadının yeganə qurtuluşu oğlan doğmaqdı və bu yüz faiz qiz olmur (neçə qız doğulmamış doğranır).

Uşaqlıq: Əgər ilk doğulan sən olmusansa, səndən sonrakı oğlanın yolu böyük intizarla gözlənilir. Əgər ikinci qızsansa, bu həm sənə , həm də səni doğan qadına münasibəti dəyişdirir. Sən dünyaya gələndən sonra, səni doğan qadının yeganə qurtuluşu oğlan doğmaqdı və bu yüz faiz qiz olmur (neçə qız doğulmamış doğranır).

Oğlan olur. Sən ilk dəfə atanın üzünün gülüb, nənənin sevinməyini, körpə xəstəxanadan gələndə qonaqlıq, ananı təbrik edənləri görürsən. Sən ilk dəfə oyuncağın nə olduğun bilirsən. Amma sən onlara toxuna bilməzsən, çünki onlar “qardaşınındı”. Əgər sənin 6 yaşın varsa, anana “qardaşını saxlamağa” tam kömək edəcək “yəkə qizsan”. O kiçicik qolların onu ya beşikdə yelləməkdən, ya da qucağında gəzdirməkdən sizlasa da, bunu yalnız sən hiss edəcəksən...

Məktəb-təhsil: yalnız qızlarla oturmalı (bunun üçün hətta atan belə məktəbə, müəllimənə xahişə gəlir), oynamalı, “özünü qız kimi aparmalısan”. Heç kəsi sənin əlavə qabiliyyətin – musiqi, idman, rəsm çəkməyin, nəsə yazmağı bacarmağın maraqlandırmır. Çünki “qızın qız sənəti var”. Artıq altıncı sinifdə “Bəlkə ərinin başına bir iş gəldi, əlində diplomu olsun” düşüncəsiylə oxumağına razılıq verilir. Doqquzuncu sinifdən məktəbdən sənədlərin verilir texnikuma, özü də yalnız ibtidai sinif müəlliməliyinə, çünki “yuxarı sinif oğlanlarına dərs keçmək olmaz”. Bu təhsilin də qiyabi, ildə iki dəfə oxuduğun yerin üzün güdükçünle gedib görməklə reallaşır - “qızı tək qoymaq olmaz, zəmanə pisdir”

Artıq 19 yaşında sən hazırsan, ərə gedə bilərsən.”Qızımı oxutmuşam” nazıyla sevdiyin, xoşun gələnə “yox “ deyilir. Beləcə yaşıdların, tay-tuşların yox edilir...

Ailə-seçim; Artıq 19 yaşında sən hazırsan, ərə gedə bilərsən.”Qızımı oxutmuşam” nazıyla sevdiyin, xoşun gələnə “yox “ deyilir. Beləcə yaşıdların, tay-tuşların yox edilir (halbuki onlar yerindədi, sən yox). Qalır yaşı 27-dən yuxarılar. Onlar da iki cürdü, ya ölkədən kənarda yaşayanlar, ya da “yaxşı ev qızı axtaranlar”. Əsasən birincilər real olurlar (imkan baxımından). Onlar üçünsə heç bir fərqi yoxdu “filankəsin qızı”nın kim olduğu. Onsuz da toydan uzağı iki həftə sonra qayıdırlar “qazanc gətirməyə”. Qalırsan qaynanaya kömək edib, qaynatanın qulluğunda durmağa - ayaq yumaq en birinci qulluqdu, bunsuz gəlin, gəlin olmur. Bir ildən sonra da ildə iki dəfə, on günlük gələn oğullarıyla başlayırlar sənlə uşaq davası etməyə. Yemədiyin dərmanlar qalmır.

Ama bəzən bu yerlərdən bütün uçurumlara baxmayaraq, işgüzar xanımlar da çıxır. Gecəsini gündüzünə qatıb, oxuyan, dil öyrənən, işini quranlar. İllərini verib nəyəsə nail olanlar. Adlarını, uğurlarını eşidərkən həyat hekayələri sadəcə üç boş mərhələdən ibarət olan qadınlar: “Allah bilir o, ora necə gedib çıxıb”...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG