Keçid linkləri

Bəşər tarixinə baxanda görürük ki, həmişə müxtəlif ad və ideologiyalar altında insanın özünü idarə etməyə, hətta yeni insan tipi formalaşdırmağa çalışan sistemlər, ölkələr, hətta imperiyalar mütləq çöküb, məğlubiyyətlə üzləşib, ya da dünyanın ən geridəqalmış ölkəsinə çevrilib. İnsanı idarə etmə cəhdi müharibələrə, fəlakətlərə səbəb olub.

Sovet keçmişimizdə də kommunust ideologiyası ancaq insanı idarə etməyə, onu qorxutmağa, çəkindirməyə, nəhayət yeni insan modeli - sovet insanı yaratmağa çalışırdı.

Sovet keçmişimizdə də kommunust ideologiyası ancaq insanı idarə etməyə, onu qorxutmağa, çəkindirməyə, nəhayət yeni insan modeli - sovet insanı yaratmağa çalışırdı. Dini ağırlıqlı ölkələr də əsil mömin - yeni növ insan yetişdirməyə çalışırdılar, bu gün də ona çalışırlar, bunun da effekti olmur.

Bu gün Şimali Koreya, Çin, Rusiya, Venesuela, Səudiyyə, İran və buna bənzər bəzi digər dövlətlər müxtəlif adlar altında yeni insan yetişdirməklə - insanın özünü idarə etməklə məşğuldurlar.

Sivil dünya isə çoxdan insanın marağını idarə edən sistemlərə və idarəetməyə formasına qovuşub, öz uğur hekayəsini bunun üzərində qurub və bu modelin bəhrəsini görüb.

...Bu "sosial kontrakt" işləməyə başlayanda hər iki tərəfin marağı təmin edilir. Yəni, valideyn uşağını qorxu və qapazla idarə etməkdənsə, onun maraqlarını idarə edərək, daha yaxşı nəticəyə nail olur.

Çox kiçik, primitiv, amma hər birimizin rastlaşdığı misal. Valideyn-uşaq münasibəti: Valideyn istəyir ki, uşaq vaxtında yatsın, normal yesin, dərs oxusun, sağlam olsun - marağı budur. Uşaq istəyir çox oyun oynasın, gec yatsın, multfilm izləsin, az oxusun - bu da uşağın marağı. Bəzi valideynlər döyməklə, qorxutmaqla, uşağın başına qapaz vurmaqla öz maraqlarını təmin etmək istəyir, görüntü olaraq istəyinə çata bilər, amma keyfiyyət olaraq istəyi alınmayacaq. Bəziləri isə uşağın marağını istifadə edir. Yeməyini ye - 1 saat oyun oyna, dərslərini oxu - 1 saat küçədə oyna, əlavə kitab oxu - 1 saat tv izlə. Bu "sosial kontrakt" işləməyə başlayanda hər iki tərəfin marağı təmin edilir. Yəni, valideyn uşağını qorxu və qapazla idarə etməkdənsə, onun maraqlarını idarə edərək, daha yaxşı nəticəyə nail olur.

Bu gün Azərbaycan hökuməti böhrandan çıxmaq üçün çeşidli "Yol Xəritələri" qəbul edir. Hamısının ən başlıca fəlsəfi problemi insanı idarə etmək cəhdidir. Bütün "xəritələrdə" əsas oyunçu dövlətdir, mücərrəd dövlət marağıdır, addımların hamısı insanları məcbur etmək, onları nəzarətdə saxlamaq üçündür. Hər şey insanının özünü idarəetməyə hesablanıb. Dövlətin iki əsas funksiyası olmalıdlr - Ədalətli Hakim və Təşviqedici İnstitut, vəssalam. Dövlət deməməlidir ki, gedin pampıq əkin, əkilmiş pampığı dövlət büdcə işçilərinə zorla yığdırmamalıdır - bütün bunları etmək üçüncə öz "qapazından", gücündən istifadə etməməlidir. Dövlət pampıq əkəndə, zavod tikəndə, obyekt açanda və bütün bu proseslərdə həlledici, qərarverici olanda hər şeyin zayı çıxır, izafi xərclər yaranır, rentabellik məhv olur.

Dövlət vətəndaşın marağını idarə etməyi öyrənməlidir, amma bizim dövlət bundan çəkinir, çünki marağı təmin edilən vətəndaşın sonda səsi də sayılmalıdır. Dövlət ancaq güc, qorxu və xofla insanı idarə etməyə qalxanda, sonu fəlakət olur, bunu heç kim unutmasın. Məndən bu qədər, mən yazdım, siz isə oxuyub düşünün, əsas da qalstuklu, qərar verən müəllimlər düşünsünlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG