59 yaşlı Florida sakini Kevin Kron (Kevin Krohn) yeni seçilmiş ABŞ prezidenti Donald Trampın ünvanına söylədiyi hədə-qorxulara görə həbs edilib.
“Çox şadam ki, Obama bizim bütün silahlarımızı əlimizdən almayıb”, deyə Kevin Kit Kron Facebook sosial şəbəkəsındəki səhifəsində yazıb. Lakin hazırda Kron əmin edir ki, bu status zarafatsayağı yazılıb və Trampa bir zərər gətirəcəyini heç düşünməyib də.
Facebook satusu, Trampın Palm-Biçdə olduğu müddət ərzində yazılıb. “O mənim prezidentim deyil. O bütün ölkənin düşmənidir”, deyə Kront əlavə edib.
Bu sözlərinə görə floridalı həbs edilib, məhkəmə isə onun girovla buraxılmasna icazə verməyib.
“Bu silahların birinin istifadəsi indi lap yerinə düşər” deyə statusunda yazan Kron daha sonra kamuflyajlı bir kişinin əlində snayper silahı olan foto da yükləyib və “Bu çox davam etməyəcək” cümləsini əlavə edib. Digər bir istifadəçinin “Bu nə deməkdir?” şərhinə Kront “Gözlərinizi açıq saxlayın” deyə cavab yazıb.
Hazırda şübhəli şəxs saxlanılıb və ona qarşı ölkə prezidentinə sui-qəsd təhdidləri ilə bağlı ittiham irəli sürülüb.