Keçid linkləri

Təcili xəbərlər

Apple masaüstü kompüterlərdən imtina etmir


Apple şirkətinin rəhbəri Tim Cook
Apple şirkətinin rəhbəri Tim Cook

Apple şirkətinin masaüstü versiyası iMac bir ildir ki, yenilənmir və son zamanlar sosial şəbəkələrdə şirkətin masaüstü kompyuterlərin istehsalını dayandıracağı fikirləri gəzir.

Ancaq, şirkət rəhbəri Tim Cook bu söyləntiləri inkar edir.

Cook masaüstü kompüterlərin xüsusi önəmini vurğulayır: “ Masaüstü bizim üçün çox əhəmiyyətlidir. Dizüstü kompyuterlərlə müqayisədə, daha böyük ekran, geniş yaddaş tutumu, yüksək iş sürəti onları əvəzsiz edir”.

Şirkət qurucusu masaüstü ilə bağlı yeni planlarının olduğuna da işarə edir: “Bəziləri mediada bizim masaüstündən imtina etdiyimizi gündəmə gətirməyə çalışır. Ancaq, masaüstü ilə bağlı möhtəşəm yeniliklər olacaq. Heç kimin buna şübhəsi olmasın”.

Qeyd edək ki, 2016-cı ildə Apple məhsullarının istehsalı 9 faiz azalıb. Müxtəlif mobil cihazların, telefonların, kompüterlərin, planşetlərin satışı aşağı düşüb. Masaüstü kompüterlərin satışı isə nəzərə çarpacaq dərəcədə - 14 faiz azalıb.

Ən son yazılan

XS
SM
MD
LG