Keçid linkləri

Təcili xəbərlər

"VKontakte" təyyarə qəzasına aid səhifələrdə şərhləri bağlayıb


vkontakte
vkontakte

"VKontakte" sosial şəbəkəsi "zahiri əlamətlərinə görə" Rusiya müdafiə nazirliyinin Ty-154 "təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin səhifələrinə bənzəyən" səhifələrdə şərhlər yazmaq imkanını məhdudlaşdırıb. Sosial şəbəkənin nümayəndəsi Yevgeny Krasnikov deyib ki, "bu, bizim adi təcrübəmizdir və istifadəçilərin profillərini anormal fəallıqdan qorumağa imkan verir".

«Biz bir hesaba həddindən çox trafikin getdiyini görəndə səbəbin nə ola biləcəyinə baxırıq və həmin səhifəndə fəallığın məhdudlaşdırılması barədə qərar qəbul edirik», deyə "VKontakte"nin mətbuat katibi Yevgeny Krasnikov bildirib.

Xatırladaq ki, Tu-154 təyyarəsi ötən gün Qara dənizə düşüb. Təyyarədə 92 nəfər – 84 sərnişin və 8 heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti, 64 nəfər Aleksandrov adına hərbi ansamblın üzvləri olub. Bundan başqa təyyarənin sərnişinləri arasında hərbçilər, Rusiyanın Birinci kanalının, "Zvezda" və NTV kanallarının jurnalistləri, tanınmış həkim və "Ədalətli yardım" fondunun icraçı direktoru, "Doktor Liza" adı ilə tanınan Yelizaveta Glinka və müdafiə nazirliyinin mədəniyyət departamentinin müdiri Anton Gubankov da olub.

Tu-154 təyyarəsi dekabrın 25-i səhər Suriyadakı hərbi əməliyyatlarda iştirak edən təyyarəçilərə Yeni İl konserti vermək üçün Rusiyanın Soçi yaxınlığındakı Adler şəhərindən Suriyaya yola düşüb. Bir neçə dəqiqədən sonra o, radarların ekranından yoxa çıxıb. Təyyarənin qalıqları Qara dənizdə, sahildən 1,5 kilometr aralıda aşkar edilib.

Ən son yazılan

XS
SM
MD
LG