BÖYÜK EYFORİYA VƏ SÜKUT...
İlin bütün siyasi prosesləri kimi Qarabağ problemilə də bağlı yekun söz deməyin məqamı çatıb. İlin əvvəlində, daha doğrusu, yazda ölkənin bəzi diplomatlarının və eləcə də “müstəqil politoloq”larının necə eyforiya içində olduğunu xatırlayıram. İndi bütün bunların heç biri yoxdur, bunun əvəzində sadəcə, sükut və bir də sqeyri-müəyyənlik var.
Bunları öz proqnozlarımın təsdiqindən yaranan sevinc kimi qəbul etməyin – Qarabağ problemi məni dövlət məmurlarından az narahat etmir...
Ən azı bilmək lazım idi ki, çox asanlıqla, bəzən heç bir müqavimət olmadan Ermənistana təslim edilən rayonları geri qaytarmaq elə də asan olmayacaq.
Amma nə etmək olar? Görünür, hələ münaqişənin yenicə başladığı vaxtlarda bəzi məqamları göz altına almaq lazım idi. Ən azı bilmək lazım idi ki, çox asanlıqla, bəzən heç bir müqavimət olmadan Ermənistana təslim edilən rayonları geri qaytarmaq elə də asan olmayacaq.
Üstəlik, vaxtın yalnız və yalnız Azərbaycanın xeyrinə işləməsi kimi arxayınlaşdırıcı tezislərə çox da bel bağlamaq lazım deyildi, çünki vaxtın başqa bir tərəfi də var – o, dünyanın siyasət və diplomatiya adamlarını vəziyyətə alışdırır, bir növ münaqişəni unutdurur.
Təsadüfi deyil ki, on illərlə Azərbaycanın iqtisadi və demoqrafiq üstünlüklərinin sonda ciddi siyasi-diplomatik və ya hərbi üstünlüklərə gətirib çıxaracağı haqdakı proqnozlar da özünü tam doğrultmadı.
Bəli, bu gün Azərbaycanın sosial – iqtisadi durumu, göstəriciləri Ermənistanınkından xeyli yaxşı vəziyyətdədir. Amma bu, münaqişənin gedişində elə də hiss olunmadı və bütün bu üstünlüklər Ermənistanı heç də sülhə vadar edə bilmədi.
İndi Azərbaycanda bu ilin Aprel olaylarından çox danışılır. Təbii ki, bu, son iyirmi ildə bəlkə də ilk ciddi hərbi uğur idi. Amma Ermənistanın da özündən razı qalmaq üçün əsasları var.
Məsələ bundadır ki, Apreldə azad edilən iki min hektarlıq ərazi işğal olunmuş bütün ərazilərin qarşılığında çox az idi. Nəzərə alanda ki, bu hərbi həmləyə Azərbaycan on illərlə hazırlaşmışdı, o halda Ermənistan tərəfini özündən razı qalmağa vadar edən arqumentləri başa düşmək daha asan olar – Apreldə Azərbaycan daha böyük uğurlara imza atmalı idi. Amma olmadı...
DANIŞA BİLMƏDİLƏR, YOXSA...
Təəssüf doğuran təkcə bu məqamlar olsaydı bəlkə də yenə də nikbinlik üçün bir əsas qalardı. Amma ilin əvvəlində başlanan diplomatik cəhdlər də fiaskoya uğradı.
Təkrarçılıq olmasın, yazda “Lavrov-Putin” planı ilə bağlı böyük nikbinlik vardı. Adam istər-istəməz özünü inandırmağa çalışırdı ki, bəlkə elə doğrudan da nəsə olacaq?
... Rusiya özünün yazda etmək istədiklərinin üstündən payızda qara xətt çəkdi. Yerevanda “İsgəndər”lər nümayiş etdirildi, Ermənistanla Rusiya birgə hərbi komandanlığa keçdi...
Amma ki, Rusiya özünün yazda etmək istədiklərinin üstündən payızda qara xətt çəkdi. Yerevanda “İsgəndər”lər nümayiş etdirildi, Ermənistanla Rusiya birgə hərbi komandanlığa keçdi...
Üstəlik, bu da azmış kimi Rusiya özünün “Qafqazdakı forpostu” adlandırdığı Ermənistana bundan sonra hədiyyə edəcəyi silahları dövlət sirri kimi təsnif etməyə qərar verdi.
Bəlkə də bütün bunların nəticəsidir ki, Hamburqda prezidentlərin görüşü baş tutmadı. İndi həmin formatda danışıqların nə vaxt bərpa ediləcəyini heç kim təxmin edə bilmir.
Təbii, prezidentlərin görüşünün baş tutacağı halda bütün məsələlərin həll olunacağını gözləmirdim – belə görüşlər əvvəl də olmuşdu və heç bir nəticə verməmişdi.
Əslində bu ilki diplomatik prosesdə məni maraqlandıran əsas bir məqam vardı. Uzun axtarışlardan sonra tərəflərin müzakirəsinə “mərhələli həll variantı” ilə “paket həll variantı”nı birləşdirən orta bir variant – “aralıq həll variantı” təklif olunmuşdu.
...amma olmadı. “Aralıq variant”ın hər iki tərəfdə müəyyən narazılıqlar yaratması bir tərəfə, Rusiya yayın son aylarından başlayaraq özünün bu təkilfini tamam unutdu və Ermənistanı silahlandırmaq yolunu tutdu...
Ümid edirdim ki, bəlkə bu variantla tərəfləri bir araya gətirmək və onları sülhə vadar etmək mümkün olacaq...
Amma olmadı. “Aralıq variant”ın hər iki tərəfdə müəyyən narazılıqlar yaratması bir tərəfə, Rusiya yayın son aylarından başlayaraq özünün bu təkilfini tamam unutdu və Ermənistanı silahlandırmaq yolunu tutdu...
Bəs niyə belə oldu? Nədən birdən-birə bütün vədlər heç olmamış kimi büsbütün unuduldu? Güman edirəm ki, Rusiya ilə Azərbaycanın “danışığı” alınmadı.
Bu “danışığ”ın predmetini təxmin etmək isə elə də çətin deyil. Rusiyanın hərbi məmurları hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasları ərəfəsində Bakıya səfərlər edirdilər.
Görünür, Kreml Azərbaycanı da bu təşkilatda və eləcə də Avrasiya İttifaqında görmək istəyirdi. Bəlkə də Yerevanda “İsgəndər”ləri nümayiş etdirməkdə də məqsəd Azərbaycana KTMT üzvlüyünün üstünlüklərini göstərmək idi.
GƏLƏN İL HƏR HALDA MARAQLI OLACAQ...
Qərəz, ilin sonu üçün vəziyyət belədir: düzdür, hələ ki, müharibə yoxdur, amma sülh də yoxdur. Əgər sülh yoxdursa, deməli, müharibə hər an ola bilər, çünki geopolitikanın yaradıcılarından birinin dediyi kimi, müharibə də siyasətin davamıdır.
Amma hərb müstəvisində də ciddi bir perspektiv görünmür. Ən azı ona görə ki, müharibə heç də ən yaxşı çıxış yolu deyildir.
...Rusiya Azərbaycana satdığı silahlardan da müasir silahları Ermənistana hədiyyə edir.
Fəqət, bu da məsələnin yalnız bir tərəfidir. Bir az əvvəldə dedim ki, Rusiya Azərbaycana satdığı silahlardan da müasir silahları Ermənistana hədiyyə edir.
Demirəm ki, rəsmi Bakı vəziyyəti sadəcə, seyr etməklə məşğuldur. Yox, o da Pakistan və İsraillə əməkdaşlıq etməklə özünün müdafiə qabiliyyətini gücləndirməyə çalışır.
Amma Azərbaycanın əsas silah mənbəyi yenə də Rusiya olaraq qalır. Heç təsadüfi deyildir ki, təkcə Dekabrda Rusiya hökumətinin silah satışı üzrə baş məmuru Dmitriy Roqozin düz iki dəfə Bakıya səfər etdi.
Di gəl, bu silahlanma yarışı Azərbaycana yaxşı heç nə vəd etmir. Qazanan ilk növbədə Rusiyadır – onun həm xəzinəsinə pul gəlir, həm də geosiyasi ambisiyaları təmin edilir.
Ermənistana gəldikdə isə, o da Rusiyaya sığınmaqla bu vaxta qədər işğal etdiyi əraziləri nəzarətdə saxlaya bilir...
Üstəlik, ABŞ-dakı yeni hakimiyyətin Qarabağla, ümumiyyətlə, Qafqaz regionu ilə bağlı hansı siyasət yürüdəcəyindən... çox şey asılıdır...
Beləcə, ilin sonu Qarabağ problemilə bağlı növbəti ildə nələrin olacağını təxmin etməyə qətiyyən əsas vermir.
Üstəlik, ABŞ-dakı yeni hakimiyyətin Qarabağla, ümumiyyətlə, Qafqaz regionu ilə bağlı hansı siyasət yürüdəcəyindən və Moskva ilə Vaşinqton arasında hansı münasibətlərin bərqərar olacağından, eləcə də Rusiya ilə Türkiyə əlaqələrinin hansı həddədək istiləşəcəyindən çox şey asılıdır...
Ona görə də növbəti ildə bölgədə və dünyada hansı siyasi və geosiyasi arxitekturanın və konfiqurasiyanın bərqərar olacağını deməyə çətinlik çəkirəm. Amma bircə məsələni qəti deyə bilərik: növbəti il bütün hallarda maraqlı olmağı vəd edir...