Keçid linkləri

Təcili xəbərlər

Babəkin heykəlindən 6 ildir xəbər yoxdur


Babək üsyanı. Rəssam: Səttar Bəhlulzadə, 1939-1940
Babək üsyanı. Rəssam: Səttar Bəhlulzadə, 1939-1940

Yaxşısı budur, lap əvvəldən başlayaq.

2011-ci il sentyabrın 6-da informasiya portallarında İlham Əliyev Bakıda Babəkin abidəsinin ucaldılmasına dair sərəncam verdiyinə dair xəbər oxumaq olardı.

”... Babəkin Bakıda ucaldılacaq abidəsinin eskizləri hazırdır və prezident İlham Əliyev eskizi bəyənib”

Bundan təxminən 8 ay sonra – 2012-ci ilin aprelində isə bu dəfə saytlarda eyni mövzuda başqa bir xəbər gözə dəyirdi. Sitat: “‘Görkəmli Azərbaycan sərkərdəsi Babəkin Bakıda ucaldılacaq abidəsinin eskizləri hazırdır və prezident İlham Əliyev eskizi bəyənib”. Bunu simsar.az saytına açıqlamasında heykəltəraş Arif Qazıyev deyib.

Arif Qazıyev bildirib ki, abidə üçün paytaxtın Babək prospektinin axırı və digər üç yer ətrafında söhbət gedir: “Abidənin hara qoyulacağına prezident İlham Əliyev qərar verəcək. Abidənin eskizləri hazırdır, prezidentə göstərilib. Dövlət başçısı eskizi bəyənib. Ancaq məsələ burasındadır ki, abidənin qoyulacağı yer hələ məlum deyil. Bu bəlli olduqdan sonra miqyas da bilinəcək və buna uyğun kompozisiya seçiləcək. Model hazırdır. Qəhrəmanlığı ifadə edən bu abidənin layihəsində Babək əlində qılınc təsvir olunub. Babək sərkərdə olub, yəni tək döyüşməyib. Buna görə kompozisiyada xalq nümayəndələrinin təsviri də əksini tapacaq’”.

Həmin xəbərdə o da deyilirdi ki, heykəltəraş elə həmin ilin May ayında Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsindən sonra Babəkin abidəsi ilə bağlı məsələlərə aydınlıq gələcəyinə ümid edir.

***

İl 2016. Dekabr.

Bir neçə gün sonra 2017-ci il başlayacaq.

İl 2016. Dekabr... Amma Babəkin abidəsindən hələ də heç bir xəbər yoxdur. Daha doğrusu, onun harada qoyulacağı bir yana, ümumiyyətlə, qoyulub-qoyulmayacağı bəlli deyil.

Amma Babəkin abidəsindən hələ də heç bir xəbər yoxdur. Daha doğrusu, onun harada qoyulacağı bir yana, ümumiyyətlə, qoyulub-qoyulmayacağı bəlli deyil.

Qulaqdan qulağa deyilənlərdən eşitdiyim qədərilə heykəlin ucaldılması üçün Babək prospekti müəyyənləşdirilib.

Amma artıq yer məsələsi bir o qədər önəmli də deyil.

Düşündürücü olan, sərəncamın üstündən 5 il 3 ay, eskizlərinin bəıyənilməsinin üstündən isə 4 il 8 ay keçdikdən sonra hələ də Babəkin abidəsinin ucaldılmamasıdır.

Soruşa bilərsiniz: “düşndürücü olan” dedikdə, nəyi nəzərdə tuturuq?

İzah edim.

Vaxtilə indiki mövqeyindən 180 dərəcə fərqli fikirlə, yolla irəliləyən bir hakimiyyət deputatı Babək haqqında tez-tez Babək və onun lideri olduğu Xürrəmilər hərəkatı barədə kəskin sözlər söyləyir, bəzən aşağılayıcı üslubda danışmaqdan da çəkinmir.

Bunu da öz dini baxışları ilə əsaslandırmağa çalışır!

Və burada yalnız dini hisslər həlledici rol oynamır, bu həm də əqidə dəyişikliyindən yaranmış kompleksin dışavurumudur!

Siyasi, ideoloji baxışlarını bir deputat mandatına qurban verənlər üçün öz əqidəsi, dünyagörüşü yolunda edamı gözə almış, sonda da vəhşicəsinə ölüm cəzasına məhkum edilmiş, amma mətanətini və ləyaqətini itirməmiş bir qəhrəman haqqında ağlına və ağızına gələni söyləməsindən təbii heç nə yoxdur.

Və burada yalnız dini hisslər həlledici rol oynamır, bu həm də əqidə dəyişikliyindən yaranmış kompleksin dışavurumudur!

Düşündürücü olan isə başqa bir məqamdır: Babəkin heykəlinin ucaldılmamasında Babəkə qarşı hücumlarını daxilən bölüşənlər, Babəkə qarşı gizli və ya aşkar şəkildə eyni münasibəti bəsləyənlər nə qədər rol oynayırlar?!

***

Babək bu torpaqlarda bir yadelli istilasına qarşı mübarizənin simgəsidir.

Babək mənsub olduğu topluma bir inancın zorla qəbul etdirilməsinə qarşı mücadilənin rəmzidir.

Babək öz əqidəsini canı bahasına olsa belə, qorumağın və bir işğalla barışmamağın, ona qarşı ucunda ölüm olsa belə, dirəşməyin simvoludur.

Babək öz əqidəsini canı bahasına olsa belə, qorumağın və bir işğalla barışmamağın, ona qarşı ucunda ölüm olsa belə, dirəşməyin simvoludur.

Və günümüzdə belə örnək ola biləcək bir qəhrəmandır.

Onun Azərbaycanın güneyindəki soydaşlarımızın İran istibdadına, fars zülmünə qarşı müqavimətində bir ilham qaynağı, bir bir örnək rolu oynaması isə ayrıca vurğulanmalıdır.

Bütün bunlardan sonra, Babəkin heykəlinin ucaldılmasının illərcə ertələnməsi, az qala, kökündən unudulması maraq doğurmaya, düşündürücü görünməyə bilərmi?!.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG