Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan biznesində “kaprativ” mədəniyyət


Son zamanlarda yerli biznes “quruları” tərəfindən ən çox istifadə edilən sirrli termin “korporativ mədəniyyətdir”.

Korporativ mədəniyyət haqqında danışan və ölkəmizdə bunun olmadığından gileylənən “eskpertlərin” əksəriyyəti buna “kaprativ, kooperativ” də deyirlər, amma olsun. Öyrənəcəklər :)

Düşünürəm ki, əslində bizim biznesdə, şirkət və firmalarda korporativ mədəniyyət var. Öncə gəlin baxaq görək korporativ mədəniyyət nədir?

Daim iddia edilir ki, Azərbaycanda şirkətlərdə korporativ mədəniyyət yoxdur. Düşünürəm ki, əslində bizim biznesdə, şirkət və firmalarda korporativ mədəniyyət var. Öncə gəlin baxaq görək korporativ mədəniyyət nədir?

Hər bir insanın şəxsiyyət olduğu kimi, hər şirkətin də dəyərlərdən, inanclar və standartlardan ibarət bir mədəniyyəti var. Pis ya da yaxşı, doğru ya da səhv, amma var. Korporatv mədəniyyət, bu dəyərlər, inanc və standartların toplusudur.

Ümumi dəyərlər nədir? Şirkətdə keyfiyyət, müştərilərə qarşı diqqət və qayğı, onlarla ünsiyyət keyfiyyəti, əməkdaşlara qarşı davranış kimi mövzulara verilən əhəmiyyətdir.

Standartlar nələrdir? Yazılı və ya yazılmayan, amma hərkəsin bildiyi və qəbul etdiyi qaydalar

Yerli şirkətlərin əksəriyyətində, qərbbə qəbul edilən “korporativ standartlar” olmasa da, yerli standartlar var. Nəinki korporativ standartlar, müasir biznesdə olması gərəkən hər şey var, amma öz tərzimizdə.

Misal üçün, bəzən şirkətlərdə korporativ mədəniyyən əsas tərkib hissələri “Torba tikmək, satqınılq, dedi-qodu” etməkdir.

Müştəri narazıdır? Əşşi, bəyənmir, çıxsın getsin başqa yerə. Belə də ki, almayaydı”

Şirkətlərdə effektivliyiə nəzarət? Təbii ki, var. Qısaca belədir: “bas getsin, noolub ki?”

Şirkətlərdə effektivliyiə nəzarət? Təbii ki, var. Qısaca belədir: “bas getsin, noolub ki?”

Planlama? Bəli. “Yaxşı olacaq. Əsas odur ki, başlayaq, sonra düzələr bir təhər”.

Təşkilatı struktur? Əslində bu nədir?

Şirkətin bölümlərinin toplusu və onların arasında əlaqələrin tənzimlənməsi. Təşkilatı struktura əsasən şirkətdə işləyən rəhbər və idarəçilərin məsuliyyət və səlayihhətləri müəyyən edilir.

Təşkilatı struktur da var. Dostlar bir bölümdə, qohumlar digərində, əsgərlik dostları başqa. Bu da təşkilatı struktur. Əsas odur ki, aralarında didişmə olmasın.

İdarəçilərin yetişdirilməsi? Var. Filankəs yaxşı oğlandır, elə onu müdir elə. Işləyə işləyə öyrənəcək. Daha sonra da şirkətlərin evini elə bu “yaşlı oğlanlar” yıxır.

Effektivliyiə nəzarət? Bəli, var. Keçən həftə nə qədər satış olub? Ooo, əla. Min bərəkət. Belə getsə, başqa heç nə istəmirəm.

Bir devalvasiya daha şərtdir :)

Buna da bax: Fəxri Ağayevin bloqu

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG