Keçid linkləri

Şampan şərabı yeni il süfrələrinin əvəzedilməz içkisidir.

Keyfiyyətli şampan içkisini seçmək isə xüsusi məharət tələb edir. Yaxşı köpüklənən şərabın əsas komponentləri – canlı parlaq qabarcıqlar, xoş və təmiz rəng və balanslaşdırılmış daddır.

Bəs vətəni Fransanın eyniadlı əyaləti olan şampanı seçərkən nələrə diqqət etmək lazımdır ki, həm özümüzün, həm də qonaqların əhvalı korlanmasın?

Mütəxəssislər bildirirlər ki, ən faydalı köpüklü şərablar üzümün bryut növündən hazırlanır, tərkibində şəkər və əlavə qatqılar olmur və təbii qıcqırmadan alınırlar.

Qida ekspertləri zəhərlənməmək üçün məhsulun etiketini diqqətlə incələməyi məsləhət görürlər. Xüsusilə, qapağın nə qədər kip bağlandığına fikir vermək lazımdır.

Saxta alkoqollu içkilərə yeni il ərəfəsində daha çox rast gəlinir. Buna görə də, ekspertlər şübhəli satış nöqtələrindən ucuz içkilər almağı düzgün saymırlar.

Mütəxəssislər qeyd edirlər ki, tanınmış və ən çox satılan markaları almaq daha məqsədə uyğundur.

Statistika göstərir ki, ekspertlər şampan seçimində daha çox Moët & Chandon-a üstünlük verirlər.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG