Keçid linkləri

Təcili xəbərlər

915 saat “zaryadka” saxlayan smartfon


Gionee M2017
Gionee M2017

Çində böyük enerji tutumlu smartfon təqdim olunub.

“Gione M2017” modeli 7000 mAh litium-ion batareyaya sahibdir. Bu da, 25 saata qədər video izləməyə imkan verir. Smartfon gözləmə vəziyyətində isə 915 saatdan artıq enerji saxlaya bilər.

Ağıllı telefon metal çərçivə və dəri arxa üzü ilə cəlbedici görünür.

Smartfonun ekran ölçüsü 5.7 düymdür və sapfir şüşə qoruyucusu ilə təchiz olunub. İstehsalçılar iddia edirlər ki, HD keyfiyyətli AMOLED ekran həm də az enerji tükədir.

Telefonun 128 GB və 256 GB daxili yaddaş tutumlu iki növü var. Yaddaşı artırmaq üçün əlavə microSD kart yeri yoxdur. RAM isə 6GB-dır.

Smartfonun 12 və 13 meqapiksellik ikili arxa kamera sistemi var. Ön kamera isə 8 meqapiksellikdir. “Home” düyməsində barmaq izi sensoru da var.

Ağıllı telefon cüt sim kartı dəstəkləyir.

“Gione M2017” qızılı və qara rəng seçimləri ilə təklif olunur. Standart modelin qiyməti 1000, arxa üzü italyan timsah dərisindən olan özəl modelin qiyməti isə 2500 dollardır.

Smartfon hələlik Çin üçün əlçatandır. Digər ölkələrə satılıb satılmayacağı hələ bəlli deyil.

Ən son yazılan

XS
SM
MD
LG