Keçid linkləri

Təcili xəbərlər

“Ölü Dənizin Əlyazamaları” naməlum dildə yazılıb


İsrail arxeoloqları Ölü dənizi sahillərində yerləşən “kəllə sümükləri mağarası”nda əvvəl məlum olmayan qədim əlyazmalar tapıblar.

Tapıntı bir neçə bükülü şəkildə və məlum olmayan bir dildə olan əlyazma fraqmentlərindən ibarətdir. Əlyazmalardan başqa, arxeoloqlar qədim muncuq, saç daraqları, parça və qablar da tapıblar.

Arxeoloqların aşkar etdikləri bu tapıntı mütəxəssisləri çox həyəcanlandırıb. Belə ki, ola bilsin ki, əlyazmalar ibrani və ya aramey dilində yazılıb. Lakin mütəxəssislər onların indiyədək elmə məlum olmayan bir dildə yazıldığını da istisna etmirlər. Maraqlısı odur ki, ilk əlyazmalar təsadüfən aşkar edilib. Bədəvi çobanlarından biri deyib ki, Kumran yaxınlığnda yerləşən mağaranın dibinə daş atıb, sonda isə qeyri-adi bir səs eşidib. Məlum olub ki, atılan daş bir küpənin içinə düşüb. Məhz həmin küpənin içindən də Ölü dəniz əlyazmaları aşkar edilib.

1947-ci ildən 1956-cı ilədək səhrada 870 ədəd əlyazma aşkar edilib, bunların da bir hissəsi dünyada “On əmr”in analoqu kimi tanınan əlyazmalardır. Bunda əlavə, tapıntıların bir hissəsi öz ilkin ölçülərini indiyədək qoruyub saxlayıb, bəziləri isə ya fraqment halında ya da vaxt keçdikcə məhv olmuş halda aşkar edilib.

Arxeoloqlar onu da qeyd edirlər ki, elm üçün bu qiymətli tapıntıları onlar qeyri-adi bir şəkildə, bir yığın halında tapıblar. Ehtimal edilir ki, bunları qarətçilərə bir yerə toplayıb, lakin sonradan, nə səbəbdənsə apara bilməyiblər.

Yeni tapıntılar mütəxəssislər tərəfindən detallı şəkildə analiz edilib öyrəniləcək, və çox güman ki, əlyazmaların hansı dildə yazıldığı nəticədə müəyyən ediləcək. Mütəxəssislər onu da qeyd edirlər ki, analiz prosesində dəhə əvvəl tapılan və şifrələnmiş əlyazmalardan istifadə ediləcək.

Ən son yazılan

XS
SM
MD
LG