Keçid linkləri

Təcili xəbərlər

Heroin asılılığı ölümdən sonra belə beyində qalır


Avstriyanın Vyana Universitetinin tədqiqatçıları bildirirlər ki, narkotik asılılıqdan əziyyət çəkən insanların beyninin mükafatlandırma mərkəzində FosB adlı zülal dəyişikliyə məruz qalmış olur. Alimlər hətta heroindən asılılığı olan ölmüş adamların da beynində bu zülalı aşkar ediblər.

FosB zülalı baş beyində siqnalların hüceyrələrə ötürülməsində iştirak edən transkripsiya faktorudur. O, hüceyrələr arasında genetik informasiyanı ötürür və müəyyən genləri aktivləşdirib-aktivləşdirməmək barədə qərar verir.

Ancaq narkotikdən asılılıq zamanı FosB bölünərək qısalır və beləcə DeltaFosB-yə çevrilir. Narkotiklərdən uzun müddət istifadə olunduğu zaman DeltaFosB-nin fəallığı xeyli artır. DeltaFosB böyümə faktorlarına təsir edə bilər, baş beyində, təqribən yaddaşla bağlı olan nahiyədə struktur dəyişikliklərinə yol aça bilər.

Mütəxəssislər heroindən asılı olan 15 ölmüş şəxsin beyin nüvəsinə yaxın toxumalarını öyrəniblər. Onlar narkotik asılılıqdan əziyyət çəkən insanların beynində hətta ölümlərindən 9 gün sonra da DeltaFosB zülalının olduğunu aşkar ediblər. Alimlər güman edirlər ki, sağ ikən narkotikdən imtina etməyə çalışan adamların beynində dəyişikliyə məruz qalmış zülal daha uzun müddət, aylarla qalır.

XS
SM
MD
LG