Keçid linkləri

Təcili xəbərlər

Aydakı mağaralarda insan məskənləri


Moon
Moon

NASA kosmik agentliyi Yerin təbii peyki olan Aydakı mağaraları məskunlaşdırmaq planları barədə düşünür. Agentlik aşkar edib ki, bu mağaralar məskunlaşdırılmaq üçün ən əlverişli yerlərdir. Məlumatı NASA-nın mətbuat xidməti verib.

Sözügedən mağaralar hündürdə yerləşdiyinə görə yüksək təzyiqdən qorunur. Mağaraların məskunlaşdırılması ilə bağlı yeganə problem burada günəş şüalarının olmamasıdır. Nəticədə batareyaların yüklənməsi üçün eerji panellərini mağaraların girişinin yaxınlığında Ayın səthinə yerləşdirmək lazım olacaq.

Alimlər hesab edirlər ki, Yerin təbii peyki insanların məskunlaşması üçün Marsdan daha əlverişlidir. Bunun əsas səbəbi planetimizlə onun peykinin temperatur rejimlərinin oxşar olmasıdır.

Qeyd edilir ki, Yer kürəsinin peykinin qruntu temperaturların təsiri ilə deformasiyaya məruz qalan xüsusi qruntdur.

Bundan əvvəl NASA Kosmosda növbəti məskunlaşma yerinin adını çəkib.

NASA-nın planetoloqu Amanda Hendrix Günəş sistemində insanın məskunlaşa biləcəyi ən uyğun göy cisminin adını çəkib. Söhbət Saturnun peyki olan Titandan gedir. Qeyd edək ki, bu göy cismi Günəş sistemində karbon gölləri olan yeganə məkandır. Bundan başqa, Titanın kifayət qədər sıx, 95% azotdan ibarət olan atmosferi var. Qaz nəhəngi olan Saturnun maqnit sahəsi peykin səthində yerləşən cismləri kosmik radiasiyadan qorumağa imkan verir.

Tədqiqat komandasının üzvü Rohan Sood deyir ki, insan Ayın səthinə sonuncu dəfə 1972-ci ildə Apollo 17-nin missiyası zamanı ayaq basıb. Onun sözlərinə görə, astronavtlar Aya yenidən gəldikləri zaman sözügedən lava mağaraları onların rahat yerləşməsinə şərait yarada bilər. Ancaq o deyir ki, belə yerlər insanların gəlişinə qədər qobotlar tərəfindən yaxşı-yaxşı öyrənilməli və sınanmalıdır.

"Biz radar əsaslı missiya göndərmək istəyirik. Bu, bizə həmin lava mağaralarını daha aydın örənməyə... imkan verəcək", - Sood deyir.

Onun sözlərinə görə, Ayın öyrənilməsi alimlərin Marsdakı fəaliyyətindən öncə onların lava mağaraları barədə daha yaxşı məlumatlanmasına yol açacaq.

Ən son yazılan

XS
SM
MD
LG