Keçid linkləri

Təcili xəbərlər

Topaz oynamaqdan uzaq olun


"Topaz"ın beyinə vurduğu psixoloji zərbələr, insan övladının gələcəyini təhlükəyə salır. Qumarbazlığın ilk pilləsini "topaz" hesab etmək olar. Oynadıqca, oynanılmaq istənilən bu sistem, gələcəkdə bütün pullarını əlindən almaq və insanı müflis etmək gücünə malikdir.

Amma insan udanda da, uduzanda da ziyan çəkir. Çünki udduğu məbləğ onu gələcəkdə daha da çox qazanıb, varlanmaq həvəsinə sala bilir...

"Topaz" sistemində, məbləğlərin rolu çox mühüm səciyyəvi hal daşıyır. Beləliklə az məbləğ qoyaraq, çox məbləği qazanmaq ehtimalı olan bu oyunda, udmaq imkanı həvəsləndirici stimuldur. Amma insan udanda da, uduzanda da ziyan çəkir. Çünki udduğu məbləğ onu gələcəkdə daha da çox qazanıb, varlanmaq həvəsinə sala bilir və nəticədə daha çox pul qoyub, müflis olmaq yolunda addımlamağa başlayır. Beləliklə, qazanmaq gələcək üçün xüsusi bir təsir olur. Amma ziyanlı bir təsir.

"Topaz"da uduzmaq isə ruh düşkünlüyünə səbəb olur. İnsan uda bilmədiyi məbləğə görə əsəbdən hüceyrələrini məhv etmək durumuna düşür. Maddi ziyanlarla yanaşı, sistemin insan üzərində yaratdığı psixoloji təsir, mənəvi ziyanlarla zəngindir. "Topaz"dan udduğunuz məbləğə baxmayaraq, gələcəkdə maddi cəhətdən külli miqdarda ziyan çəkmə ehtimalınız böyükdür.

Siz hətta "topaz"ın sizin üzərinizdə yaratdığı psixoloji təsirə məruz qalıb, bankdan kredit götürmək həvəsinə düşə bilərsiz. Çünki düşüncəniz, “onsuz da pul udacam” istiqamətində olacaq...

Kağız pullar, insan üzərində xüsusi rol oynayır. Siz hətta "topaz"ın sizin üzərinizdə yaratdığı psixoloji təsirə məruz qalıb, bankdan kredit götürmək həvəsinə düşə bilərsiz. Çünki düşüncəniz, “onsuz da pul udacam” istiqamətində olacaq. Və beləliklə bankdan kredit götürərək, pulunuzun hamısını zamanla "topaz"a yatırırsız. Sistemin sizə yeritdiyi psixoloji təsirdən, müflis olmaq ehtimalını düşünməyiniz isə çətin olur. “Topaz, oyna qazan” şüarı insanı xoş xəyallara dalmağa məcbur edir.

"Külli miqdarda pul uda bilərəm, qazandığım pullarla özümə maşın ala bilərəm, ev almaq ehtimalım var" və başqa cür gözəl xəyallar qurmağa vadar edən bu şüar, əslində ziyanlarla zəngin bir xüsusiyyətə malikdir. Siz sadəcə bu şüara aldanıb, ziyanlı tərəfləri bəzən düşünmək istəmirsiz. Bir gün pulunuzun hamısını "topaz"da itirə biləcəyinizi düşünün. Onsuz da ehtimallarla dolu "topaz", sizə hər zaman pul uda bilərsiz əminliyini verəcək. "Topaz, oyna qazan" şüarı sadəcə sizi aldadır.

...Qırmızı rəng beyini qıcıqlandırır, iştah artırır. Bu rəngdən istifadə edilməsi, sizi daha da çox oynamağa sövq edir.

"Topaz" sözünün çox vaxt qırmızı hərflə və ya qırmızı örtükdə ağ hərflərlə, ya da ağ örtükdə qırmızı hərflə yazılmasının üzərinizdə xüsusi rol oynayır. Qırmızı rəng beyini qıcıqlandırır, iştah artırır. Bu rəngdən istifadə edilməsi, sizləri daha da çox oynamağa sövq edir.

Vaxt... "Topaz" onu da əlinizdən alır. Yazdığınız oyunların bitməsini gözləməyiniz, zamanı boş-boşuna məvh etməyinizə bərabər olur. Vaxtınızı "topaz"ın uğrunda məhv edən zaman, özünüzdən asılı olmadan, stress, həyacan içində olursuz. Yazdığınız komandaların qələbəsini gözlədiyiniz anda böyük həyacan içinə daxil olursunuz. "Topaz" oynamaqdan uzaq olun. Gələcəyinizi, "topaz"ın sistemindən uzaq tutun.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG