Keçid linkləri

Təcili xəbərlər

Türkiyə terrorun kökünü kəsə bilməsə...


Türkiyə terrorun kökünü kəsə bilməsə, yaxın dövr üçün ölkə iqtisadiyyatında sabitliyin qorunması çox çətin olacaq.

Türkiyənin ödəmə balansı üzrə məlumatları təhlil edəndə aydın görünür ki, milli valytanın sabitliyinin təmin edilməsində, ölkənin valyuta tələbatının qarşılanmasında həlledici kanallar xidmət ixracı və ölkəyə xarici yatırımlardır. Xüsusilə də cari hesablar balansında yaranan ənənəvi kəsirin aradan qaldırılmasında ölkəyə sərmayə kanalları vasitəsilə daxil olan xarici valyuta kütləsinin, maliyyə hesabında yaranan profisitin rolu həlledici olub.

Son 10 ildə ölkənin xidmət ixracının 60%-ə qədərini turizm təmin edib. Xidmətlər balansında müsbət saldounun yaranması da əsasən turizmlə bağlı olub.

Son 10 ildə ölkənin xidmət ixracının 60%-ə qədərini turizm təmin edib. Xidmətlər balansında müsbət saldounun yaranması da əsasən turizmlə bağlı olub. Lakin Mərkəz Bankının açıqladığı ən son məlumata görə, bu ilin 10 ayında turizm ixracından daxilolmalar 2015-ci ilin 10 ayına nisbətən 24 mlrd. USD-dən 16.8 mlrd. USD-yə enib. 2013 və 2014-cü illərin eyni dövrü ilə müqayisədə isə azalma 10 mlrd. USD-yə yaxındı.

Ölkəyə sərmayə gəlişində də kəskin azalma qeydə alınıb. Məsələn, ötən ilin 10 ayında birbaşa investisiyalar çərçivəsində 14.5 mlrd. USD sərmayə daxil olmuşdu, 2016-cı ilin 10 ayında 8 mlrd. USD-ə düşüb. "Digər sərmaylər" bölməsi çərçivəsində ötən ilin ayında 26.9 mlrd. USD, bu ilin eyni dövründə 13.7 mlrd. USD daxil olub. Banklar vasitəsilə ölkəyə xarici borclanma vasitəsilə daxilolmalar 10 dəfədən çox azalaraq 18.5 mlrd. USD-dən 1.7 mlrd. USD-yə enib.

...bu durumun özü də çox kövrəkdi - daxildə siyasi və təhlükəszilik problemlərinin kəskinləşməsi ölkəyə kapital gəlişini azaltdığı sürətlə kənara kapital köçünü da qaçılmaz edə bilər.

Doğrudur, ölkədən birbaşa və portfel investisiya formasında çıxan vəsitlərin kəskin azalması hesabına tədiyyə balansında tarazlığı qorumaq mümkün olub. Lakin bu durumun özü də çox kövrəkdi - daxildə siyasi və təhlükəszilik problemlərinin kəskinləşməsi ölkəyə kapital gəlişini azaltdığı sürətlə kənara kapital köçünü da qaçılmaz edə bilər.

Başqa maraqlı bir fakt: Türkiyənin ödəmə balansında tarazlığı təmin edən əsas göstəricilərdən biri ölkəyə uçota alınması çətin olan kapital daxilolmalarının bu kanalla ölkədən çıxan valyuta vəsaitlərini üstələməsi idi. Ekspertlər daima bu vəsaitlərin əsasən əcnəbilərin Türkiyədə əmlak bazarına və biznes sektoruna sərmayə qoyuluşları ilə əlaqələndirirlər. 2015-ci lil 10 ayında bu xətlə daxil olan xaric valyutanın həcmi 11 mlrd. USD-dən çox olmuşdu, 2016-cı ildə 6.5 mlrd. USD-yə enib.

Türkiyənin istər siyasi, istərsə də iqtisadi sabitliyi bütövlkdə region üçün son dərəcə əhəmiyyətlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG