Keçid linkləri

MÜNƏCCİMLƏRİN ÜMİDİNƏ QALANLAR...

Bəlkə də illər əvvəl, 1990-96-cı illərdə bu gün baş verən proseslərə oxşar hadisələr baş verməsəydi bu gün yaşadıqlarımız – səksəkəli günlər, ümidsizlik və narahatlıq bizə bir qədər təəccüblü görünərdi.

Amma indi elə də təəccüblənmirik, çünki bütün bunları artıq bir dəfə yaşamışıq. Təbii ki, bu elə bir təsəlli vermir. Amma nə etmək olar?..

O vaxt da belə idi. Ulduz falları qəzetləri, televiziyaları bürümüşdü. Münəccimlər, astroloqlar medianın ən çox arzulanan qonaqlarına çevrilmişdilər.

Bəli, baxıb görürsən ki, insanlar yenə də münəccimlərdən, astroloqlardan nicat umurlar. O vaxt da belə idi. Ulduz falları qəzetləri, televiziyaları bürümüşdü. Münəccimlər, astroloqlar medianın ən çox arzulanan qonaqlarına çevrilmişdilər.

Onda ali məktəblərdən birində həm də ümumi sosiologiyadan dərs deyirdim. Ulduz falçıları, münəccimlər məni o qədər bezdirmişdi ki, bir seminarı bu mövzuya həsr elədim. Buna görə mənim “məsələ”mi kafedrada müzakirə etdilər. Guya ki, mən tələbələrə sosiologiya əvəzinə astronomiyanı tədris edirəm.

Onlara izah edə bilmədim ki, bu çox vacib bir məsələdir və biz bir sosioloq kimi böhranın miflərini, inanclarını da öyrənməliyik. Mənim arqumentlərimi qəbul etmədilər. Əslində buna da təəccüblənmədim, həmin sosioloqlar elə özləri də qəzetləri açarkən birinci ulduz fallarını oxuyurdular.

İndi baxıb görürsən ki, hər şey yenidən öz dairəsinə qayıdır. Düzdür, artıq qəzetlər yoxdur və insanlar da qəzet almaq üçün daha köşklərin önünə toplaşmırlar.

Amma televiziyalar var və bu televiziyalarda yenidən münəccimlər görünməyə başlayıb. İnsanlar da onların dediklərini, “proqnoz”larını hökumətin iqtisadi qəraralarını dinlədikləri qədər diqqətlə dinləyirlər...

90-CI İLLƏRDƏKİ KİMİ OLMAYACAQ, AMMA...

Nə isə... Ulduzlardan yerə enək. Qərəz, 2017-ci ilə də adladıq... Bu il iki aspektdən maraqlı görünür.

Hökumət bu il son iki ildə etmədiyini etməyə hazırlaşır – özünün sərt maliyyə siyasətini elan etmək və manatın tam “üzən məzənnəsini” tətbiq etmək istəyir... Ümid verən odur ki, indi bütün hallarda 90-cı illər deyil. O vaxt tamam yeni iqtisadiyyat yaratmaq, mülkiyyət münasibətlərini dəyişmək zərurəti vardı.

Hökumət bu il son iki ildə etmədiyini etməyə hazırlaşır – özünün sərt maliyyə siyasətini elan etmək və manatın tam “üzən məzənnəsini” tətbiq etmək istəyir. Ona görə də insanlar böyük gərginlik içindədirlər. Hamı bir sual üzərində baş sındırır: sərt siyasətlə ayaqlaşmaq mümkün olacaqmı?..

Ümid verən odur ki, indi bütün hallarda 90-cı illər deyil. O vaxt tamam yeni iqtisadiyyat yaratmaq, mülkiyyət münasibətlərini dəyişmək zərurəti vardı.

İndi isə nəsə vardır... Özəl sektor var, xüsusi mülkiyyət institutu var... Ona görə də 90-cı illər təkrar olunmayacaq və daha “çörək növbələri” yaranmayacaq. Ölkə iqtisadiyyatının əsas problemi odur ki, iqtisadiyyat məmurların buxovundan qurtula bilmir.

Peşəkar təhlilçilər, ekspertlər arasında da ən böyük narahatlıq yaradan məqam da budur: hökumət iqtisadi islahatları nə qədər dərinləşdirəcək, iş adamlarına nə qədər sərbəstlik verəcək?

Bu xüsusda çox pessimistik. Amma onu tirajlayaraq insanların iztirablarını bir az da artırmaq istəmirik. Nə olacaqsa, o da olacaqdır - ən azı ona görə ki, hökumət qərarlarını qəbul edərkən qətiyyən cəmiyyətdən asılı olmur, hətta cəmiyyətin sükutunu da özünə bir dəstək kimi qəbul edir...

PREZİDENTLƏRİN SAYI ARTACAQ...

Nəhayət, keçək əsas məsələyə. İl hökumətin özü üçün də böyük dəyişikliklər vəd edir. Bu il vitse-prezidentlik institutu yaradılmalıdır. Məsələnin aprel ayına qədər həll ediləcəyi gözlənilir.

Amma düşünmürəm ki, vitse-prezidentlik institutunu elan edərkən məqsəd hökumətin işini gücləndirmək olmuşdu. Yox, hakimiyyətin bu məsələdə başqa, özəl maraqları vardı.

İnsanların bəzisi hətta buna da ümidlə yanaşır. Amma düşünmürəm ki, vitse-prezidentlik institutunu elan edərkən məqsəd hökumətin işini gücləndirmək olmuşdu. Yox, hakimiyyətin bu məsələdə başqa, özəl maraqları vardı.

Ona görə də ölkənin müstəqil kəsimi bu məsələyə dərhal lazımi reaksiyanı verdi. Düzdür, onun qarşısını almaq mümkün olmadı. Amma nə etmək olar? Bəzən bir şeyi öz adı ilə çağıra bilmək də adama təsəlli verir.

Bizə elə gəlir ki, bu institutun tətbiq olunmasının sadəcə, bircə nəticəsi olacaq: ölkədə “prezident”lərin sayı artacaq.

Bu formada vitse-prezidentlik institutu ilə dünyanın heç bir ölkəsində rastlaşmamışam. Əslində bu məsələni bəlkə də xüsusi çək-çevir etməyə də elə bir ehtiyac yoxdur.

Bir daha deyirəm ki, hələ referenduma çıxarılarkən məsələ müstəqil insanlar tərəfindən ölkədə monarxiya yaratmaq kimi dəyərləndirildisə, durub təzədən bunun yozumu ilə məşğul olmağın hansısa bir mənası varmı?..

Fəqət, Azərbaycan siyasətində musiqini heç də cəmiyyət sifariş etmir. Hökumət qərar qəbul etməkdə tam sərbəstdir. Bunu da onun “sərbəst qərarlar”ından biri kimi qəbul etmək lazım gələcək. Nəticəsi nə olacaq, o hansı effekti verəcək, - düşünürük ki, bu heç hökumətin özünü də heç qayğılandırmır. Onları yalnız bir məsələ düşündürür: bu da hakim elitanı mümkün qədər çox hakimiyyətdə saxlamaqdır, çünki onların hakimiyyətdə qalması məmurlar ordusunun da hakimiyyətdə qalması və öz imtiyazlarını və mövqelərini saxlaması deməkdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG