Keçid linkləri

Təcili xəbərlər

Bir mesaj Iphone-u çökdürə bilər


iphone imessage
iphone imessage

İphone-larda yeni bir boşluq aşkarlanıb.

Bu boşluq göndərilən zərərli bir mesajla iMessage proqramını çökdürməyə, hətta telefonu sıradan çıxarmağa imkan verir.

Problemli mesajda iCloud Drive vasitəsilə göndərilən geniş bir kontakt siyahısı yer alır. Zərərli sms-i və faylı açan zaman iMessage donur, mesaj almaq və göndərmək imkansız hala gəlir.

Proqramı bağlayıb yenidən açanda sadəcə boş bir ekran görünür. Telefonu söndürüb-yandırmaq, hətta ayarları sıfırlamaq da bir işə yaramır.

Boşluğu aşkar edən “vincedes3” adlı haker YouTube kanalında yayımlayıb. O, problemi çözmək üçün öz saytına yönləndirir, üsullar göstərir. Lakin, bu üsullar da hər zaman çalışmır.

Apple-ın bu problemi gələcəkdə həll edəcəyi gözlənilir. Lakin, o zamanadək istifadəçilərin şübhəli mesajları və mesajla göndərilən faylları açmamaları məsləhət görülür.

Ən son yazılan

XS
SM
MD
LG